Hüseyn Quliyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi - Sərəncam

Hüseyn Quliyev \"Vətənə xidmətə görə\" ordeni ilə təltif edildi - Sərəncam

GÜNDƏM

Bugün, 15:31

Prezident İlham Əliyev bu gün Sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən,  Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün respublikadakı diplomatik missiyasını başa çatdıran Azərbaycan səfiri Hüseyn Quliyevi qəbul edib və iki ölkə arasındakı münasibətlərinin möhkəmləndirilməsində böyük töhfəsinə görə ona "Mehnat Shuhrati" ordenini təqdim edib.

Xatırladaq ki, müvafiq sərəncamla H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri təyin olunub. Sabah, iyunun 23-ü onun 80 yaşı tamam olur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR