Bu gün Yasamal və Nizamini bəzi ərazilıərində işıq olmayacaq - Xəbərdarlıq

Bu gün Yasamal və Nizamini  bəzi ərazilıərində işıq olmayacaq - Xəbərdarlıq  

GÜNDƏM

Bugün, 09:09

Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Mia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Mikayıl Müşfiq küçəsi, Mətbuat və Parlament prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Şirin Mirzəyev və Əliağa Kürçaylı küçələrinin bəzi hissələrini əhatə edəcək. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR