“Qalatasaray” portuqaliyalı ulduzla danışıqlara başlayıb

“Qalatasaray” portuqaliyalı ulduzla danışıqlara başlayıb

İDMAN

Bugün, 00:08

Yeni mövsümə daha güclü heyətlə çıxmağı planlayan “Qalatasaray” klubu böyük ajiotaj yaradacaq transfer hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub “Mançester Yunayted”in portuqaliyalı ulduzu Bruno Fernandesi sıralarına qatmaq üzrədir.

Məlumata görə, “Qalatasaray” menecerləri 31 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

Xatırladaq ki, Bruno Fernandes 2023-2024 mövsümündə Premyer Liqada 21 məhsuldar ötürmə ilə ən çox məhsuldar ötürmə rekordunu qırıb. Onun 2027-ci ilədək “Mançester Yunayted”lə müqaviləsi var. Bazar dəyəəri isə 35 milyon avrodur.

Ardıcıl 4-cü, ümumilikdə isə 26-cı Super Liqa  çempionluğunu qazanan "Qalatasaray" artıq Avropada səs gətirmək üçün onu da heyətinə cəlb etməkdə qərarlıdır: “İstanbul klubu onunla yanaşı, "Ayntraxt Frankfurt"d forma geyinən gənc hücumçu Can Uzunu da heyətinə qatacaq”.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR