İran XİN: “ABŞ heyəti ilə görüş yaxın günlərdə olacaq”

İran XİN: “ABŞ heyəti ilə görüş yaxın günlərdə olacaq”  

DÜNYA

Bugün, 18:43

“19 iyunda İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılan İran-ABŞ danışıqları təxirə salınsa da, yaxın günlərdə baş tutacaq”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi deyib.

Onun sözlərinə görə, hazırda vasitəçilərin köməyi ilə məsləhətləşmələr aparılır.

Bekayi həmçinin İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvə obyektlərini yoxlamağa çağırması barədə yayılan xəbərləri də təkzib edib: “Belə bir şey yoxdur. Lakin Buşehr Atom Elektrik Stansiyası kimi artıq yoxlanılan stansiyaların təkrar yoxlanılması 60 günlük danışıqlar dövründə gerçəkləşə bilər”

Tahir Şəlvəli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR