Ukrayna Moskvaya ağır zərbələr endirdi: binalar havaya uçuruldu, neft zavodları vuruldu, Putin isə… (FOTOLAR)

Ukrayna Moskvaya ağır zərbələr endirdi: binalar havaya uçuruldu, neft zavodları vuruldu, Putin isə… (FOTOLAR)  

DÜNYA

Bugün, 13:32

Ukrayna ordusu Rusiyanın paytaxtı Moskvaya ötən gecə ərzində genişmiqyaslı dron hücumu həyata keçriib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təxminən 200-dək  drondan istifadə edilən hücumda Moskva bir çox binalar havaya uçurulub, o cümlədən Neft Emalı Zavodu vurulub.

Məlumata əsasən, Moskvadakı Domodedovo, Vnukovo, Şeremetyevo və Jukovski hava limanlarında uçuşlar dayandırılıb: “Gecə paytaxta edilən böyük dron hücumu əhali arasında böyük panika yaradıb…”

Moskva meri Sergey Sobyani deyib ki, Ukraynanın hücumnu dəf etmək üçün Rusiya hava hücumundan müdafiə sistemləri aktiv işləyir: “Moskvada təxminən 180 dron məhv edilib. Təəssüf ki, bəzi dronlar yaşayış binalarına və Moskva Neft Emalı Zavoduna zərər vurub…”

Yayılan görüntülərdə dron zərbələrindən birinin binanın damını havaya uurması aydıngörünür, eyni zamanda, Neft Emalı Zavodundakı vahim partlayış nəhəng yanğına çevrilib.

Rusiyanın Moskva vilayəti üzrə qubernatoru Andrey Vorobyov isə deyib ki, Ukraynanın bölgəyə dron hücumu nəticəsində 16 nəfər yaralanıb: “Ukrayna Moskvada çoxmərtəbəli binaya dron zərbəsi endirib, sakinlər təxliyə edilib. Lyubertsidə idman zalı və sənaye müəssisəsinə, Kotelnikidəki ticarət mərkəzində zərər vurulub. Nəticədə ümumilikdə 2-si uşaq olmaqla 16 nəfər yaralanıb”.

Rusiya mətbuatı yazır ki, bütün bu hadisələrə baxmayaraq, ölkə baçısı Putin Rusiya-ASEAN Sammiti ilə bağlı qrafikini pozmayıb. O, sammitə qatılıb…

Hüseyn Namazov

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR