ABŞ-ın strateji neft ehtiyatı 43 İlin ən aşağı səviyyəsinə enib -Hesabat

ABŞ-ın strateji neft ehtiyatı 43 İlin ən aşağı səviyyəsinə enib -Hesabat 

İQTİSADİYYAT

Bugün, 00:27

İranla müharibənin ABŞ-a verdiyi itkilər indi-indi üzə çıxır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranı bombalayaraq böyük zərər verən Amerikanın özünün də ciddi iqtisadi itkilərlə üzləşdiyi haqda hesabat yayılıb.

Hesabata əsasən, İranla fevralın 28-də başlayan müharibədən üzü bəri sürətlə artan neft qiymətlərini nəzarətdə saxlamaq üçün bazara milyonlarla barel neft buraxan ABŞ-ın strateji neft ehtiyatı 43 ilin ən aşağı səviyyəsinə düşüb.

ABŞ Energetika Nazirliyindən bildirilib ki, ölkənin Strateji Neft Ehtiyatı təxminən 340,3 milyon barelə qədər azalıb: “Bu, 1983-cü ildən bəri qeydə alınan ən aşağı səviyyədir”.

Hüseyn Namazov

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR