Çində yaşayış binasında partlayış: 7 ölü, 17 yaralı var

Çində yaşayış binasında partlayış: 7 ölü, 17 yaralı var  

DÜNYA

Bugün, 15:48

Çində yaşayış binasında partlayış baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə  gecə saatlarında Guilin əyalətinin Sinqan dairəsində bir binada olub.

Məlumata görə, naməlum səbəbdən üçmərtəbəli binanın son mərtəbəsində baş verən partlayışda 7 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb: “Onlardan bəzilərinin vəziyyəti ağırdır”

Hadisə ilə bağlı araşdırma davam edir.

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR