TƏBİB-də daha bir dəyişiklik -  İcraçı direktor müavinini yola saldı, müşavirini isə... (FOTOLAR, YENİLƏNİB)

TƏBİB-də daha bir dəyişiklik -  İcraçı direktor müavinini yola saldı, müşavirini isə... (FOTOLAR, YENİLƏNİB)

GÜNDƏM

11.06.2026, 15:19

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavinlərindən biri öz istəyi ilə vəzifədən azad olunub.

Mia.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Araz Nəsirov TƏBİB-in İcraçı direktorunun müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, A.Nəsirov 2022-ci ilin dekabr ayından bu vəzifədə çalışırdı.

***

“Yüksəliş” müsabiqəsinin finalçısı Bahadur Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildiriluib ki, yeni müavin vaxtilə ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri və Agentliyin İdarə Heyəti sədrinin müşaviri, bu təyinata qədər isə  TƏBİB-in İcraçı direktorunun müşaviri idi.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR