Ada dövləti adını dəyişir – Parlament “hə” dedi, referendum olacaq

Ada dövləti adını dəyişir – Parlament “hə” dedi, referendum olacaq  

DÜNYA

Bugün, 09:09

Dünyanın ən kiçik respublikası olan Nauru müstəmləkə keçmişindən imtina etmək və ana dilini qorumaq məqsədiylə adını dəyişməyə qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkə prezidenti tərəfindən parlamenta göndərilən qərar layihəsi etirazsız qəbul olunubn.

Bununla da qərar təxminən 13.000 əhalisi olan adada referendum çıxarılacaq.

Hökumətdən verilən məlumata görə, ölkənin adı "Naoero"  adlandırılacaq: “Hazırkı adımız "Nauru" adı vaxtılı müstəmləkəçi ölkələr tərəfindənn rahat tələffüz alışqanlığından qaynaqlanıb. Yeni adımız isə milli kimliyimizi özümüzə qaytarmaqla yanaşı, ana dilimizin qorunmasına stimul verəcək”.

Məlumat üçün qeyd edək ki, Sakit Okeanda -  Avstraliyadan təxminən 3000 kilometr şimal-şərqdə yerləşən 21 kvadrat kilometrlik ada tarix boyu çoxsaylı ad dəyişikliklərinə məruz qalıb: “1798-ci ildə adanı görən bir britaniyalı dənizçi onun gözəlliyindən o qədər təsirlənib ki, ona "Cənnət adası" adını verib. Almaniya isə 1888-ci ildə adanı ilhaq edərək, oranı "Nauru" adıyla tanıdıb. 1919-cu ildə Millətlər Liqasının mandatı altında adanın idarəetməsini  ələ keçirən Avstraliya da bu adı qoruyub. 1968-ci ildə müstəqillik qazanan ada dövləti də bu günə qədər bu adla az-çox tanınıb”.

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR