Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişikliyi - Yeni qurumlar yaradılır

Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişikliyi - Yeni qurumlar yaradılır

GÜNDƏM

10.06.2026, 20:11

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Diplomatik korpusa və xarici nümayəndəliklərə xidmət göstərən müdiriyyət "İnterservis" Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyət istiqamətləri nəzərə alınmaqla yenidən təşkil olunacaq.

Mia.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görüləcək

Bundan başqa, "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə veriləcək.

Fərmanla həmçinin,  Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Heydər Məscidi İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Heydər Məscidi İdarəsi yaradılır.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan MənzilKooperativ Təsərrüfatı İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi yaradılacaq. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Ticarət və Xidmət Departamenti təsis edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində büdcə təşkilatlarının yaradılmasını təmin etməlidir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR