TRAMP MÜHARİBƏYƏ BAŞLAYIR: “İranı çox sərt vuracağıq” - "Ərdoğan çox güclü bir liderdir”  

TRAMP MÜHARİBƏYƏ BAŞLAYIR: “İranı çox sərt vuracağıq” - \"Ərdoğan çox güclü bir liderdir”  

GÜNDƏM

Bugün, 20:43

ABŞ prezidenti Donald Tramp İranla müharibənin yenidən başlanacağının anonsunu verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, az əvvəl açıqlama verib.

Tramp “İrana hücumları davam etdirəcəksinizmi?" sualına belə cavab verib: "Əlbəttə, biz onlara hücum edəcəyik, özü də daha sərt formada. Danışıqların tez-tez dayanması razılaşmanıçox ləngitdi. Prosesin necə nəticələnəcəyini hamımız zamanla görəcəyik. Ancaq bilin ki, bu gün İrana yenidən qətiyyətli və güclü mövqe nümayiş etdirəcəyik.

İran administrasiyası daha məhv olmaq istəmirsə, gecikmədən masa arxasına oturmalıdır. Onlar razılaşmanı imzalamalıdırlar. Biz həqiqətən real və dolğun bir razılaşma istəyirik. Əks halda Irandaki körpüləri, elektrik stansiyalarına qədər hər şeyi dağıdacağıq”.

ABŞ prezidenti daha sonra Türkiyə haqqında danışıb. O, israilli jurnalistin "Türkiyə prezidenti Ərdoğan İsraili təhdid etməyə davam edir. Sizcə, İsrail ilə Türkiyə arasında münaqişə ehtimalı varmı? Həmçinin, Türkiyəyə F-35 satacaqsınızmı?", - sualını belə cavablandırıb: "Ərdoğan çox güclü bir liderdir. Biz bir-birimizə hörmət edirik. O, mənim çox yaxşı dostumdur. Biz birlikdə çox yaxşı işləmişik. O, fövqəladə bir lider və çox güclü bir insandır. Düşünmürəm ki, Türkiyə ilə belə bir şey baş versin. Ən azından mən prezident olduğum müddətdə bu, olmayacaq. Çünki o, mənə hörmət edir, mən də ona..."

F.Əhməd

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR