Gecəyarısı gərginlik böyüdü: ABŞ İrana 4 saat zərbə endirdi, Tehran dərhal iki ölkədəki hədəfləri "qaraladı" - Tramp "Cavab vermək çox vacibdir" dedi

Gecəyarısı gərginlik böyüdü: ABŞ İrana 4 saat zərbə endirdi, Tehran dərhal iki ölkədəki hədəfləri \"qaraladı\" - Tramp \"Cavab vermək çox vacibdir\" dedi

GÜNDƏM

Bugün, 08:26

Hörmüz boğazında ABŞ ordusunun Apaçi helikopterinin vurulmasına cavab olaraq Vaşinqtonla Tehran arasındakı gərginlik gecəyarısı pik həddə çatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ötən gün patrul xidməti aparan helikopterin vurulmasına görə, İrana təxminən dörd saat davam edən cavab zərbələri endirdiyini açıqlayıb: “Bu özünümüdafiə məqsədi daşıyan əməliyyat İranın təcavüzünə mütənasib cavabdır. Hücumda İranın hava hücumundan müdafiə sistemləri, yerüstü idarəetmə stansiyaları və Hörmüz boğazı yaxınlığındakı müşahidə radar qurğuları məhv edilib…”.

Döyüşün qızğın vaxtda ABŞ prezidenti Donald Tramp əməliyyatı təsdiqləyərək deyib: "Cavab vermək çox vacibdir. Onlar bir helikopteri vurdular və biz indi qisas alırıq."

İran İnqilab Keşikçiləri Korpusu isə buna dərhal cavab verildiyini bəyan edb. Qeyd olunub ki Yaxın Şərqdəki ABŞ dəniz və hava bazalarında ümumilkdə 21 əks zərbə endiriblər: “İran Buşehr əyalətində ABŞ-ın MQ-9 Reaper pilotsuz təyyarəsi vurulub”

İran mediası ABŞ-ın hücumundan sonra Hörmüzqan əyalətində Sirik, Qeşm adası və Bəndər Abbas şəhərlərində güclü partlayışlar olduğunu yazıb. Əlavə olunub ki, İran cavab olaraq Bəhreyndəki ABŞ-ın 5-ci Donanması və PUA mərkəzinə ardıcıl zərbələr endrilib: “Eyni zamanda, İran ordusu İordaniyada Müvəffəq Salti Hərbi Bazasına ballistik raketlərlə zərbələr vurub. Burada F-35 qırıcı təyyarələrinin yerləşdiyi anqarlar da daxil olmaqla 4 mühüm hədəflər məhv edilib”.

E.ARAZ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR