Cem Uzan Özgür Özəlin təklifini geri çevirdi

Cem Uzan Özgür Özəlin təklifini geri çevirdi

SİYASƏT

Bugün, 08:56

Məhkəmə qərarı ilə CHP sədriyindən uzaqlaşdırılan Özgür Özəl B, C variantlarına hazırlıq görür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP uğrunda mübarizənin uzanaraq seçkidən kənarda qalmaq təhlükəsini önləmək üçün  yeni partiya yaratmaq variantıyla yanaşı, hansısa hazır bir partiyanı almaq kimi məsələlər gündəmdən düşmür.

Məlumata görə, bu məqsədlə Özgür Özələ yaxın şəxslər Cem Uzanın fəxri lideri və qurucusu olduğu Gənc Partiyasına “çökmək planı” üzrə danışıqlar aparıblar.

Jurnalist Barış Yarkadaşın sözlərinə görə, Özgür Özələ yaxın bəzi şəxslər partiyanın qurucusu Cem Uzanla görüşərək, rəhbərliyi öz üzərinə götürmək iməqsədiylə təkliflərini sadalayıblar: ”Cem Uzan isə aktiv siyasətdən çəkildiyini, partiyanın onun deyil, Burçin Şahindur tərəfindən idarə olunduğunu deyib və təklifdən yayınıb”.

Məsələ ilə bağlı açıqlama verən Şahindur isə 72 şəhərdə təşkilatlanaraq seçkilərdə iştirak etmək hüququ qazandıqlarını deyib. O, Özgür Özəl və ya başqasına partiya qapılarənı açmaq niyyətində olmadıqlarını da bildirib.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR