CHP-dəki qruplar indi də parlamentdə üz-üzə gəlir – 6 min nəfərin əlbəyaxa olma təhlükəsi  yaranıb

CHP-dəki qruplar indi də parlamentdə üz-üzə gəlir – 6 min nəfərin əlbəyaxa olma təhlükəsi  yaranıb

GÜNDƏM

Bugün, 08:02

Məhkəmə qərarı ilə CHP sədriyindən uzaqlaşdırılan Özgür Özəllə partiya sədrliyinə gətirilən Kamal Kılıçdaroğlu tərəfdarları bu gün Türkiyə parlamentində üz-üzə gələcəklər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hər iki liderin partiyanın parlamentdəki deputat fraksiyası qarşısında çıxış edəcəyini bildirməsi, ardınca isə tərəfdarlarının parlamentdə qeydiyyatdan keçməsi qarşıdurma təhlükəsini artırıb.

Məlumata görə, həm fraksiya lideri Özgür Özəl, həm də partiya sədri Kamal Kılıçdaroğlunun yerli vaxtla saat 13:30-da toplantı qərarından geri çəkilməmələri parlament rəhbərliyini də narahat etməyə başlayıb: “Bu səbəbdən spikerin təlimatıyla parlamentdə gözlənilən qarşıdurmaya qarşı tədbirlərə qərar verilib”.

Xəbərdə deyilir ki, indiə qədər Özəl tərəfdarları adından 4400, Kılıçdaroğlunun düşərgəsi adından isə 1400 toplantıya akkreditasiyadan keçiblər: “Məhz bu fakt parlament rəhbərliyini gecə yarısı yüksək hazırlıq vəziyyətinə keçirib, təhlükəsizlik tədbirlərinin artırılmasına məcbur edib".

Xatırladaq ki, CHP-nin parlamentdəki 138 deputatından 111 nəfəri Özgür Özəli, 27 nəfəri isə Kılıçdaroğlunu dəstəkləyir.

Qeyd edək ki, dünən Kılıçdaroğlu CHP-liləri birliyə səsləyib. O, 11 iyunda partiyanın iclasında qurultay prosesinə rəsmi start veriləcəyini də açıqlayıb.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR