Belçikalı hücumçu futbolla vidalaşdı

Belçikalı hücumçu futbolla vidalaşdı  

İDMAN

Bugün, 00:08

“Liverpul” və “Milan” kmi mşhur komandalarda top qovmuş belçikalı hücumçu Divok Origi azarkeşləri təəccübləndirən qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 31 yaşlı hücumçu gözlənilməz qərarıyla peşəkar futbol karyerası ilə vidalaşıb.

Xatırladaq ki, Origi karyerası boyu 371 rəsmi matçda 70 qol vurub. O, UEFA Çempionlar Liqası, Premyer Liqa, FIFA Klublararası Dünya Kuboku, UEFA Super Kuboku, FA Kuboku və EFL Kubokuları qazanan azsaylı hücumçulardandır.

Hücumçu vida mesajında karyerası boyu arzuladığı bütün nailiyyətləri qazandığını deyib: “Ən böyük klublarda ən böyük kubokları qazandım. Bütün bunlara görə Allaha şükür edirəm…”.

Fərid ASLAN

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR