İran Hayfadakı sənaye obyektlərini vurub: "Onlar çox təhlükəli oyuna başlayıb"

İran Hayfadakı sənaye obyektlərini vurub: \"Onlar çox təhlükəli oyuna başlayıb\"

GÜNDƏM

Bugün, 11:48

İran İnqilab Keşikçiləri Korpusu İsrailə növbəti hücum barədə bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda İsrailin İrandakı neft-kimya zavodlarına hücumlarına cavab olaraq Hayfadakı sənaye obyektlərinə zərbə endirildiyi bildirilib: "Düşmənin neft-kimya zavodlarımıza hücumuna cavab olaraq, Hayfadakı oxşar sənaye obyektləri də hədəfə alınıb. İsrail mülki hədəfləri və neft sənayesini hədəf alması bölgədəki bütün enerji mərkəzlərinə sözsüz ki, öz təsirini gösərəcək. Onlar çox təhlükəli oyuna başlayıb. Yaranan və yaranacaq iqtisadi böhrana görə isə ABŞ məsuliyyət daşıyır”

Xatırladaq ki, İsrail bu gün  İranın Xuzistan əyalətinin Mahşəhr şəhərində neft-kimya zavodunu vurub.

Tahir Şəlvəli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR