Bu qanunu pozanlar cərimələnəcək - 6 mindən 50 min manatadək
PRESS
Bugün, 11:46
Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşdiriləcək.
Mia.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-4.13-cü maddəsində qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər 6000 manatdan 7000 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 20 min manat manatdək məbləğdə cərimə ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər 7000 manatdan 8000 manatadək məbləğdə, hüquqi şəxslər 25 min manatdan 30 min manatdək məbləğdə cərimə ediləcək.
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına, yəni:
fərdi rəqəmsal hesabın yaradılması zamanı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-4.2-ci və 13-4.4-cü maddələrində müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsinə və ya həmin Qanunun 13-4.2 - 13-4.5-ci maddələrinin tələbləri pozulmaqla tətbiq edilməsinə;
16-18 yaş arası istifadəçilərin fərdi rəqəmsal hesablarına münasibətdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-4.11-ci maddəsində göstərilən texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə;
16-18 yaş arası istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həllərin tətbiq olunmamasına, yaxud zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saat ərzində yayılmasının qarşısının alınmamasına;
toplanılmış fərdi məlumatların sosial şəbəkə platformaları provayderlərinin informasiya sistemində saxlanılmasına, həmin məlumatların üçüncü şəxslərə ötürülməsinə və ya fərdi məlumatlardan yaşın yoxlanılması məqsədi istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə edilməsinə;
fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında silinməsinin təmin edilməməsinə görə
vəzifəli şəxslər 8000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslər 35 min manatdan 40 min manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıdakı nəzərdə tutulmuş bütün xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 9000 manatdan 10 min manatadək məbləğdə, hüquqi şəxslər 45 min manatdan 50 min manatadək məbləğdə cərimə ediləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Paşinyandan qələbə açıqlaması: "Xalq sülhə sahib çıxdı" - "Onlar Ermənistandan silinməlidir"
Bugün, 13:59 SİYASƏT
-
"Dostum yoxdur" - Aysun İsmayılova
Bugün, 13:54 ŞOU-BİZNES
-
Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli... - Prokuror onlara ağır cəza tələb edir
Bugün, 13:21 PRESS
-
"AzerGold"da müşavirlərin sayı 10-dan 9-a endi - Sədrin müşavirlərindən biri getdi
Bugün, 13:14 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
Bugün, 12:40 CƏMİYYƏT
-
Azərbaycanda məktəblərdə “TikTok”a çıxış bloklanıb
Bugün, 12:26 CƏMİYYƏT
-
Nərimanovda 46 yaşlı qadın 6 kq narkotiklə saxlanılıb
Bugün, 12:18 KRİMİNAL
-
İsrail İranı yenidən bombaladı: “Strateji müdafiə sistemlərinə ağır zərbələr endirdik”
Bugün, 12:09 GÜNDƏM
-
Dövlət icra məmuru vəzifəsinə qəbul olunmaq istəyənlər üçün test imtahanı keçiriləcək - Bu tarixdə
Bugün, 12:02 CƏMİYYƏT
-
İran Hayfadakı sənaye obyektlərini vurub: "Onlar çox təhlükəli oyuna başlayıb"
Bugün, 11:48 GÜNDƏM
-
Bu qanunu pozanlar cərimələnəcək - 6 mindən 50 min manatadək
Bugün, 11:46 PRESS
-
Fransaya casusluqda ittiham olunan şəxslər apellyasiya şikayət verib
Bugün, 11:39 KRİMİNAL
-
Abşeronda 42 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb
Bugün, 11:34 CƏMİYYƏT
-
"Valideynlərin 90,5%-i uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsini dəstəkləyir" - Zahid Orucdan açıqlama
Bugün, 11:29 PRESS
-
Natiq Cəfərli: "Deməli, bizim cəmiyyət də sülh prosesinin davamını istəyir"
Bugün, 11:15 SİYASƏT
-
Paşinyandan sülh sazişi barədə - Açıqlama
Bugün, 11:09 GÜNDƏM
-
231 MANATA BİLET, BƏRBAD LÜKS VƏ XİDMƏT, ƏLAVƏ HAQQ... - ADY-nin sabiq əməkdaşı Tbilisi- Bakı qatarında nələrlə üzləşib?
Bugün, 11:02 CƏMİYYƏT
-
REGİON RƏİSLƏRİ 5500-12 MİN, FƏHLƏ 400-500 MANAT... - Azəriqaz-da fantastik maaş fərqi: kim nə qədər əməkhaqqı alır?
Bugün, 10:47 İQTİSADİYYAT
-
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib
Bugün, 10:37 GÜNDƏM
-
Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı
Bugün, 10:32 CƏMİYYƏT
-
Paşinyanın qələbəsi, İlham Əliyevin müdrik və qətiyyətli diplomatiyası... - Zaur İbrahimlinin şərhi
Bugün, 10:17 SİYASƏT
-
Ermənistanda seçki: Paşinyan 727 mindən çox səslə qalib gəldi - Köçəryan və Rusiyapərəst biznesmen də parlamentə düşdü
Bugün, 10:08 GÜNDƏM
-
“Atamın toy xəbərini mediadan eşitdim, iştirak etmədim" - Emin Ağalarov + VİDEO
Bugün, 10:00 MƏDƏNİYYƏT
-
“Azərişıq”da maraqlı təyinat: nöqsana görə işdən azad edilən rəisə yeni vəzifə verildi
Bugün, 09:32 CƏMİYYƏT
-
İsrail İrandakı Neft-Kimya zavodunu vurub - Açıqlama
Bugün, 09:25 GÜNDƏM
-
Müctəba Xamenei: “İpdən aslı olan rejimin..."
Bugün, 09:12 DÜNYA
-
Paşinyan qalib gəldi: kim qazandı, kim itirdi? - TƏHLİL
Bugün, 09:09 SİYASƏT
-
Ceyhun Bayramov İstanbula yollanıb - Üç ölkənin XİN başçıları bir araya gəlir
Bugün, 09:05 SİYASƏT
-
Xəstəxanalarda optimallaşdırma: işdən çıxarılmalar başlayıb - Xadimə və tibb bacıları kömək istəyir
Bugün, 09:00 CƏMİYYƏT
-
Netanyahu və Tramp arasında danışdıqlar olub - İranla bağlı
Bugün, 08:23 GÜNDƏM
-
İsrail İranın hücumuna operativ cavab verdi – Tehran, Təbriz və İsfahan vuruldu
Bugün, 07:52 GÜNDƏM
-
Əziz Yıldırım ilk transfer xəbərini “parlatdı”
Bugün, 00:40 İDMAN
-
Əllərində bilet var, təyyarəyə başqaları minib - AZAL-dan narazılıq + VİDEO
Bugün, 00:32 CƏMİYYƏT
-
İran İsrailə yeni ballistik raketlər fırlatdı - Tehran hədələyir, Tel-Əviv "müharibə yenidən başlayır" deyir
Bugün, 00:12 GÜNDƏM