Baltikyanı ölkələrdə gərginlik artır - Fransa və Rusiya hərbi təyyarələri üz-üzə gəldi

Baltikyanı ölkələrdə gərginlik artır - Fransa və Rusiya hərbi təyyarələri üz-üzə gəldi  

GÜNDƏM

Bugün, 00:36

“NATO-nun Baltik Hava Təhlükəsizlk Missiyasının tərkib hissəsi olaraq, Fransa hərbi təyyarələri Rusiya hərbi təyyarələrinə qarşı 11 dəfə havalanıb”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasion məlumatı Fransa Silahlı Qüvvələrinin sözçüsü Qiyom Verne verib.

O, NATO sərhədlərini pozan rus qırıcılarının kəşfiyyat, hücum və nəqliyyat təyyarələrinin olduğunu bildirib və əlavə edib ki, Rusiya bununla açıq-aşkar təxribata əl atıb: “Rusiya bu davranışla NATO-ya güc nümayiş etdirmək istəyib. Fransa hava qüvvələri rus qırıcılarını ələ keçirmək, yaxud qovmaq üçün 11 dəfə havalanaraq öz missiyasını uğurla yerinə yetirib”.

O, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu ərəfəsində Putinin bu davranışının “biz güclüyük” mesajı kimi dəyərləndirib.

Məlumatda deyilir ki, Finlandiya, Estoniya, Latviya və Litvanın hava məkanında  yaşananlar Ukraynada davam edən müharibənin yayılma riskini artırır.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR