Facebook, Instagram, TikTok... - Dövlət Agentliyi 2.4 milyonu reklam adıyla bu şəbəkələrdə "səpəcək"

Facebook, Instagram, TikTok... - Dövlət Agentliyi 2.4 milyonu reklam adıyla bu şəbəkələrdə \"səpəcək\" 

PRESS

Bugün, 19:43

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi sosial media platformalarında reklam yerlərinin alınması üzrə keçirdiyi satınalma müsabiqəsini yekunlaşdırıb. Müsabiqənin qalibi “NYU MEDİA.AZ” MMC müəyyən edilib.

Bizimesr.com bildirir ki, satınalma sənədlərinə əsasən, layihənin ümumi dəyəri 2 414 940,80 AZN, ilkin ehtimal olunan qiymət isə 2 598 497,00 AZN təşkil edib. Layihənin əsas istiqaməti müxtəlif sosial media platformalarında reklam kampaniyasının həyata keçirilməsidir.

Tender sənədlərində göstərilən əsas göstəriciyə görə, kampaniya çərçivəsində ümumilikdə 484 milyon təəssürat (impression) əldə olunması planlaşdırılır.

Platformalar üzrə bölgü təxminən belədir:

Facebook – 50 milyon Instagram – 106 milyon TikTok – 148 milyon YouTube – 94 milyon X (Twitter) – 10 milyon Google reklam şəbəkəsi – 76 milyon Telegram – 7,6 milyon

Qeyd edək ki,"NYU MEDİA.AZ" MMC-nin direktoru Rasim Davudovdur. 

MİA.AZ-dan sözardı:

Maraqlıdır, Dövlət Agentliyi ölkədəki TV və saytlara da reklama nə qədər pul ayırır? Yaxud hansı media orqanları ilə "işləyirlər"? Bunun üçün də həmin media orqanlarının "krişa"ları digərlərinin hqüquqlarını ayaq altına atırlar?

Hər halda  bu "+", "-" sistemində kimlərin hansı statusla yer alması media mənsubları arasında dolaşan çox ciddi söhbətlərdir. Hər halda bıəzi mətbuat katiblərinin hər ay hesabat verdiyi qurumlar haqqında yaydıqları bu dezinformasiyalar da araşdırılmalıdır..

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR