Qaradağ İcra Hakimiyyətinin həbs olunan vəzifəli şəxsləri hakim qarşısına çıxarıldı
CƏMİYYƏT
Bugün, 17:54
Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) keçirilən əməliyyat nəticəsində saxlanılan rayonun icra başçısının sabiq müavini Nadir Muradovun və digər sabiq vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Mia.az xəbər verir ki, bu gün Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə ittiham aktı elan olunub.
Növbəti iclas iyunun 12-nə təyin edilib.
Qeyd edək ki, onlar 2025-ci ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub.
Baş Prokurorluğun məlumatına görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə Qaradağ rayon icra başçısının sabiq müavini Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilmişdi.
Xatırladaq ki, sonradan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərarı Bakı Apellyasiya Məhkəməsi ləğv edib. Yeni qərara əsasən, o, həbsdən azad edilib və cinayət işi ibtidai istintaqa qaytarılıb. Sonradan Zülfüqar Mansurov barəsində polisin nəzarətinı vermə qətimkan tədbiri seçilib və cinayət işi də baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib/report.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Facebook, Instagram, TikTok... - Dövlət Agentliyi 2.4 milyonu reklam adıyla bu şəbəkələrdə "səpəcək"
Bugün, 19:43 PRESS
-
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı - Nələr müzakirə olunub?
Bugün, 19:16 SİYASƏT
-
Hirkan Milli Parkında narkotik yetişdirirlərmiş...
Bugün, 18:43 KRİMİNAL
-
PARTİYA SƏDRİ NAZİR MÜAVİNİNİ MƏSXƏRƏYƏ QOYDU: "Nə ülvi məqsədləri var, adam lap kövrəlir..."
Bugün, 18:10 İQTİSADİYYAT
-
Xocavənddən Beyləqana 120 kq yararsız əti satmağa aparan şəxs saxlanılıb
Bugün, 18:01 KRİMİNAL
-
Qaradağ İcra Hakimiyyətinin həbs olunan vəzifəli şəxsləri hakim qarşısına çıxarıldı
Bugün, 17:54 CƏMİYYƏT
-
Qətər Dövlətinin Əmiri Azərbaycan Prezidentinə məktub göndərdi - MƏTN
Bugün, 17:39 GÜNDƏM
-
Xameneidən bəyanat: "Düşmən indi də başqa cür müharibə aparır”
Bugün, 17:18 DÜNYA
-
Həbs edilən YAP-ın keçmiş təşkilat sədri haqda maraqlı fakt yayıldı
Bugün, 17:13 SİYASƏT
-
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb
Bugün, 17:06 GÜNDƏM
-
“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur? - Qanunsuz lizinq, yüksək faiz
Bugün, 17:00 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Təkrar ali və orta ixtisas üzrə sənəd qəbulu başlayıb
Bugün, 16:57 GÜNDƏM
-
"Sabah" klubu 31 yaşlı futbolçuyla anlaşıb
Bugün, 16:32 İDMAN
-
DÇ-2026: Türkiyəli futbolçuların geyim nömrələri bəlli oldu - SİYAHI
Bugün, 16:20 İDMAN
-
Türkiyənin valyuta ehtiyatı azaldı, qızılı isə artdı – Son bir həftədə
Bugün, 16:07 İQTİSADİYYAT
-
Azərbaycandan Ermənistana yanacaq göndərildi
Bugün, 16:00 İQTİSADİYYAT
-
Leyla Əliyeva və Arzu Əliyeva məktəbdə - FOTO
Bugün, 15:47 CƏMİYYƏT
-
YAP Sabunçu rayon təşkilatının keçmiş sədri həbs olundu - Məkəmə zalında... (YENİLƏNİB)
Bugün, 15:30 KRİMİNAL
-
“Hizbullah” İsrail ordusunun generalını “ovlamaq” istəyib
Bugün, 15:19 DÜNYA
-
Tuncay Şanlı “Fənərbaxça”dan ayrıldı
Bugün, 15:10 İDMAN
-
"Fənərbaxça"nın prezidenti və qardaşı həbs edildi - Səbəb
Bugün, 15:00 İDMAN
-
Vilayət Eyvazov Qazaxda iki gün vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
Bugün, 14:56 CƏMİYYƏT
-
Müstəntiq blogerin məhkəməsində dindiriləcək
Bugün, 14:56 KRİMİNAL
-
"ASAN Məktub – Yaz Düşərgəsi 2" layihəsi həyata keçirilib
Bugün, 14:53 CƏMİYYƏT
-
XƏTAİDƏ PİYADA SƏKİLƏRİ SATILIR: “Ayıb deyil?” – VİDEO
Bugün, 14:38 CƏMİYYƏT
-
Azərbaycan və Avropa İttifaqı yeni sənəd imzalayacaq? - Rəylər
Bugün, 14:31 SİYASƏT
-
Vahid Əhmədov: "Mən cənab Prezidentin çıxışına qulaq asmışam..."
Bugün, 14:24 İQTİSADİYYAT
-
Rusiyadan Ermənistana yenə yük göndərildi - Azərbaycandan keçməklə
Bugün, 14:10 İQTİSADİYYAT
-
"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırdı
Bugün, 13:55 İDMAN
-
İsrail Qəzzaya zərbə endirdi – 11 nəfər ölüb
Bugün, 13:48 DÜNYA
-
Ruslan Eyyubova yekun ittiham verildi - İstintaq başa çatıb
Bugün, 13:20 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 13:01 CƏMİYYƏT
-
Eldar Rəsulova “AzerGold”da vəzifə verildi
Bugün, 12:38 PRESS