Xameneidən bəyanat: "Düşmən indi də başqa cür müharibə aparır”

Xameneidən bəyanat: \"Düşmən indi də başqa cür müharibə aparır”  

DÜNYA

Bugün, 17:18

“ABŞ və İsrail döyüş meydanında məğlubiyyətdən sonra xalqın müqavimətini zəiflətməyə yönəlmiş hərtərəfli hibrid müharibəyə keçib”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran lideri Ayətullah Müctəba Xamenei İran inqilabının banisi Ayətullah Ruhullah Xomeyninin vəfatının 37-ci ildönümü münasibətilə bəyanatında bildirib.

Xamenei qeyd edib ki, ABŞ hegemon sistemi ilə İranın daxili işlərinə müdaxilə etməyə can atır: "Təxminən səksən il əvvəl İsrail adlı bir “qarnizon dövlət” quran zalım rejim indi öz aləmində müstəqil bir İranın mövcudluğunu qəbul etmir, onun inkişafına mane olmaq üçünbeynəlxalq qanunlara zidd  bütün tədbirlərə əl atmaqdan çəkinmir. ABŞ və İsrail döyüş meydanında rüsvayçı və ardıcıl məğlubiyyətlərdən sonra indi genişmiqyasılı "hibrid müharibəyə" əl atıblar. Onlar bu müharibə ilə cəmiyyətin müxtəlif təbəqələri arasında şübhə, ümidsizlik və bölünmə toxumu səpməyə çalışırlar. Düşmənin strateji məqsədi xalqla hökumət arasında qarşılıqlı etimadı zəiflətmək, milli birliyƏə zərbə vurmaqdır. Ancaq onlar bunu da bacarmayacaqar”.

O, İran xalqının öz ləyaqəti uğrunda şərəfli mübarizəsini davam etdirəcəyini deyib.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR