“Hizbullah” İsrail ordusunun generalını “ovlamaq” istəyib

“Hizbullah” İsrail ordusunun generalını “ovlamaq” istəyib  

DÜNYA

Bugün, 15:19

“Hizbullah” qruplaşması İsrail ordusunun Şimal Cəbhəsinin komandiri general-mayor Rafi Milonun hərbi karvanına fiber optik kamikaze dronu ilə hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, general və köməkçiləri ölümdən ”qıl payı” qurtulublar.

Məlumata görə, Rafi Milo içində olduğu maşından düşəndən bir dəqəqədən də az müddətdə kamikadze dron hədəf çırpılıb: “Əgər general bir az ləngisəydi, yaxud hədəfə düzgün vaxt seçilsəydi, itki qaçılmaz olacaqdı”.

İsrail mediası yazır ki, Milo və köməkçiləri zərər görməyib. Bu hadisədən sonra isə Livandakı işğal olunmuş ərazilərə səfərləri zamanı təhlükəsizlik tədbirlərini artırılıb, üstəlik, baş nazir Netanyahu dron təhdidlərinə qarşı xüsusi qrup yaradıb.

İsrailin KAN dövlət televiziyasındna bildirilib ki, Hizbullah son dron hücumları ilə "İsrail komandirləri ovlamaq strategiyası"na başlayıb.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR