Reha Muhtar xəstəxanada vəfat edib 

Reha Muhtar xəstəxanada vəfat edib 

PRESS

Bugün, 10:34

Türkiyəli məşhur jurnalist Reha Muhtar bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölüm səbəbinin ürək çatışmazlığı olduğu bildirilir.

Xatırladaq ki, Reha Muhtar 21 iyul 1959-cu ildə İstanbulda anadan olub.

Xatırladaq ki, Reha Muhtar səhhətində yaranan problemlərə görə Bodrumdakı özəl xəstəxanalardan birində ürək çatışmazlığı diaqnozu ilə müalicə olunurdu.

Əslən Kərkükdən olan və İraq türkmən əsilli Reha Muhtar jurnalistika karyerasına 1980-ci ildə başlayıb. 1981-ci ildə "Milliyet" qəzetinin Ankara ofisinə qoşularaq xarici siyasət və siyasət mövzularını işıqlandıran müxbir kimi çalışıb. Daha sonra TRT-yə  keçən Muhtar, Yunanıstanın Afina şəhərində TRT müxbiri kimi tanınıb.

1991-ci ildə CNN International-ın "Crossfire" verilişinə bənzər "Atəş Xətti" (Atəş Xətti) verilişini hazırlamağa başlayıb. 1993-cü ildə TRT-dən ayrılıb Kanal D-yə qatılıb. O, karyerası boyu daha sonra Star TV, Show TV, "Akşam" qəzeti və digər media qurumlarında yüksək postlarda çalışıb.

Allah rəhmət eləsin!

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR