AzTV-nin bazar satıcılarından reportajı: qiymətlər normaldır, alça 5,8,10 manat, ağ gilas 19 manat... - VİDEO

AzTV-nin bazar satıcılarından reportajı: qiymətlər normaldır, alça 5,8,10 manat, ağ gilas 19 manat... - VİDEO

İQTİSADİYYAT

Bugün, 13:00

Bazarlarda artıq yay mövsümünün ab-havası hiss olunmağa başlayıb.

Bəs alıcılar hansı qiymətlərlə üzləşirlər?

Mia.az xəbər verir ki, bəzi satıcıların Azərbaycan Televiziyasına (AzTV) dediklərinə görə, qiymətlər ötən illə müqayisədə elə də yüksək deyil.

 "Çiyələk Şəmkirdən gətirilir, bir kiloqramının qiyməti 5 manatdır", - deyə satıcılardan biri bildirib.

 Digər satıcının sözlərinə görə, alçanın kiloqramı 5-8 manat arasında dəyişir.

 Bəzi satıcılar isə son vaxtlar yağan yağışların məhsuldarlığa mənfi təsir göstərmədiyini qeyd ediblər.

 Onların sözlərinə görə, hazırda bazarlarda ən çox tələbat alça, çiyələk və gilasa müşahidə olunur.

 Alıcılar isə bildiriblər ki, aldıqları gilasın bir kiloqramının qiyməti 19 manat olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR