Ağdərədə bir ailənin üzvlərinə məxsus olduğu ehtimal olunan sümük qalıqları aşkarlanıb - FOTO

Ağdərədə bir ailənin üzvlərinə məxsus olduğu ehtimal olunan  sümük qalıqları aşkarlanıb - FOTO

GÜNDƏM

Bugün, 10:14

Ağdərə rayonu Baş Güney kəndində insana məxsus sümük qalıqları aşkarlanıb.

Mia.az xəbər verir ki, sümük fraqmentlərinin Qəribov Balay Ələsgər oğlunun ailə üzvlərinə aid olduğu ehtimal olunur.

Sümük fraqmentləri onların yaşadığı evin həyətindən nəvəsi Bəxtiyar Əsgərovun axtarışları zamanı aşkarlanıb.

Qeyd edək ki, 1992-ci il mart ayının 12- si tarixində Baş Güney kəndi erməni silahlı qüvvələri tərəfindən işğal edilərkən 5 nəfərlik ailə üzvü, 1890-cı il təvəllüdlü Qəribov Balay Ələsgər oğlu, onun həyat yoldaşı 1928-ci il təvəllüdlü İsmayılova Saray Eyvaz qızı, qızları 1946-cı il təvəllüdlü Ələsgərova Zabilə Balay qızı, 1954-cü il təvəllüdlü Ələsgərova Ramilə Balay qızı və nəvəsi 1972-ci il təvəllüdlü Xudaverdiyeva Nərgiz Aydın qızının taleyindən heç bir xəbər alınmayıb.

Tapılan sümük fraqmentləri aidiyyatı qurumlar tərəfindən təhqiqat üçün götürülərək ekspertizaya təqdim edilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR