Polis "yox" dedi, ADY "əl çəkmədi" - Azyaşlını cəzalandırmaq istəyən "Dəmir Yolları” QSC məhkəmədən də "əliboş" çıxdı
CƏMİYYƏT
Bugün, 18:43
“Azərbaycan Dəmir Yolları” QSC Ağstafa-Bakı marşrutu ilə hərəkət edən sürət qatarına daşın atılması və hadisə nəticəsində quruma 7003 manat ziyan dəyməsi ilə bağlı məhkəməyə müraciət edib.
Mia.az Xitab24.az-a istinadla xəbər verir ki, ADY dəymiş ziyana görə hadisəni törədən yeniyetmənin ögey atasından dəymiş zərəri ödəməsini tələb edib.
Əvvəlcə onu bildirək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin müvafiq bölməsi tərəfindən araşdırma aparılıb və məlum olub ki, Lökbatan avtomobil keçidində hərəkətdə olarkən qatarın sağ yan şüşə hissələrinə zərər verən şəxs 2009-cu il təvəllüdlü yeniyetmədir. Lakin yeniyetmə cinayət məsuliyyətinə imkan verən yaş həddinə çatmadığdan məsuliyyətdən azad edilib.
Bundan sonra ADY məhkəməyə üz tutub. 2024-cü ildə baş vermiş bu hadisəyə görə, birinci instansiya məhkəməsində ADY-nin iddiasını qəbul etməyib.
Belə ki, cavabdeh qismində çıxış edən yeniyetmənin ögey atası uşağı övladlığa götürdüyünü, ona sadəcə, atalıq verdiyini bildirib. Cavabdehin sözlərinə görə, o, xanımı ilə ADY-nin iddia qaldırdığı məsələdən 4 il öncə ayrılıb və Valeh (ad şərtidir) anasının himayəsindədir.
Beləliklə məhkəmədə zərərin cavabdehin təqsiri üzündən yaranmadığı müəyyən edilib. Belə ki, cavabdeh arvadından boşandıqdan sonra o, uşağının tərbiyəsi, onun böyüməsi ilə məşğul olmayıb. Ona görə də cavabdehin həmin yetkinlik yaşına çatmayan uşağın vurduğu zərərin əvəzini ödəməsi əsaslı sayıla bilməz.
ADY birinci instansiya məhkəməsində istədiyi nəticəni əldə etmədikdən sonra apellyasiya şikayəti verib.
Şikayətdə qeyd olunub ki, “Stadeler” tipli qatara zərər dəyməsi ilə bağlı DİN-in Nəqliyyatda Baş Polis İdarəsimin müvafiq idarəi tərəfindən araşdırma aparılıb, lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılıb.
Beyləqan Rayon Məhkəməsini pozuntuda ittiham edən “Azərbaycan Dəmir Yolları” QSC Şirvan Apellyasiya Məhkəməsində də istədiyi nəticəni əldə edə bilməyib. Qurum bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib.
ADY şikayətini belə əsaslandırıb ki, Valehin ögey atası ilə anası boşansalar da, məsuliyyət hər ikisinin üzərinə düşür. Qurum əlavə edib ki, boşanma faktı valideynlik məsuliyyətindən azad etmir və eyni zamanda nəzərə almaq lazımdır ki, cavabdeh valideynlik hüquqlarından məhrum edilməyib.
Ali Məhkəmə isə hesab edib ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunub. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Buna görə də, ADY-nin kassasiya şikayəti təmin edilməyib, nəticədə qurum hər üç məhkəməni uduzub.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Polis "yox" dedi, ADY "əl çəkmədi" - Azyaşlını cəzalandırmaq istəyən "Dəmir Yolları” QSC məhkəmədən də "əliboş" çıxdı
Bugün, 18:43 CƏMİYYƏT
-
Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi açılıb
Bugün, 18:05 İQTİSADİYYAT
-
Yağışlı hava mayın sonunadək davam edəcək - Xəbərdarlıq
Bugün, 17:29 GÜNDƏM
-
Jurnalistdən AZAL-a sərt ittihamlar: "İnsafınız olsun, Ankaradan Bakıya min manata bilet olar?!" - QİYMƏTLƏR KƏLLƏ-ÇARXA ÇIXIB
Bugün, 14:14 İQTİSADİYYAT
-
Ağdərə və Ağdamdai arxeoloji abidələr aşkarlanıb - FOTOLAR
Bugün, 13:04 MƏDƏNİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:48 CƏMİYYƏT
-
Prezident İlham Əliyev keçmiş deputata "Şöhrət" ordeni verdi - Sərəncam
Bugün, 12:10 GÜNDƏM
-
İrandan Azərbaycana narkotik keçirən TIR sürücüsü saxlanıldı
Bugün, 11:54 KRİMİNAL
-
Azərbaycan nefti 100 dollara satılır
Bugün, 10:03 İQTİSADİYYAT
-
Rusiya PUA-sı Rumıniyada yaşayış binasına çırpılıb - Yaralılar var
Bugün, 09:02 DÜNYA
-
Şirvan Mərkəzi Xəstəxanasında 13 minlik internet xidməti sual doğurdu
Bugün, 08:47 CƏMİYYƏT
-
AZAL hesabatlılıq prinsipini pozub - Dövlət şirkəti rəqəmləri niyə gizlədir? + SƏNƏD
Bugün, 08:31 İQTİSADİYYAT
-
Prezidentin qızları Lənkəranda - FOTOLAR
Bugün, 08:11 GÜNDƏM
-
18 yaşlı azərbaycanlı Niderlandda göldə boğulub
Bugün, 08:04 GÜNDƏM
-
Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - Distant təhsil alan nazir haqda şok VİDEO
Bugün, 07:43 GÜNDƏM
-
Putinin təyyarəsi belədi: geniş salonu, konfrans otağı, mətbəxi, istirahət otağı və... -VİDEO
Bugün, 00:39 DÜNYA
-
“Temu” çökür, yoxsa çökdürülür? - Diqqətli olaq!
28.05.2026, 23:34 İQTİSADİYYAT
-
Abşeronda göl daşdı: yüzlərlə evi çirkab və qrunt suları basdı - VİDEO
28.05.2026, 23:31 CƏMİYYƏT
-
Paşinyan tək deyil: Qərb onun arxasındadır - TƏHLİL
28.05.2026, 23:22 SİYASƏT
-
İlham Əliyev Şuşadan görüntü paylaşdı - VİDEO
28.05.2026, 20:44 GÜNDƏM
-
Nazpəri Dostəliyeva evinizdən oğurlanan 311 min manatdan danışdı: "6 gənc idi, 5-i isə idmançıydı"
28.05.2026, 18:32 MƏDƏNİYYƏT
-
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
28.05.2026, 18:20 GÜNDƏM
-
Məhəbbət Kazımovun qardaşı vəfat etdi - FOTO
28.05.2026, 17:42 CƏMİYYƏT
-
7 QHT rəhbəri “Azəriqaz” yanında İctimai Şuranın üzvü seçildi - Aralarında SOCAR-ın keçmiş prezidenti də var + SİYAHI
28.05.2026, 15:40 CƏMİYYƏT
-
İlham Əliyev Xankəndi və Şuşada - Prezident sakinlərlə görüşüb (FOTOLAR, YENİLƏNİB)
28.05.2026, 14:58 GÜNDƏM
-
İlham Əliyev Xankəndidə Zəfər parkında - FOTOLAR
28.05.2026, 14:28 GÜNDƏM
-
Sabah yağış yağacaq
28.05.2026, 13:14 CƏMİYYƏT
-
“O zaman biz – mən, Tamerlan Qarayev və Ziyad Səmədzadə..." - Sabiq deputatdan açıqlama (FOTO)
28.05.2026, 13:07 SİYASƏT
-
Rövşən Nəcəf İtaliyada - Yeni vəzifəyə təyin olunan sabiq nazir rəsmi təqdimatda göründü (FOTOLAR)
28.05.2026, 11:54 İQTİSADİYYAT
-
Rusiyadan Ermənistana karbamid və un göndərilib - Azərbaycandan tranzit keçməklə...
28.05.2026, 11:05 İQTİSADİYYAT
-
ABŞ dövlət katibindən Azərbaycana mesaj: "Tərəfdaşlığın daha da möhkəmləndirilməsi və Cənubi Qafqazda..."
28.05.2026, 10:41 SİYASƏT
-
ABŞ İranı yenə vurdu, SEPAH operativ cavab verdi - Bölgədə gərginlik artır
28.05.2026, 09:17 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 102 dollara düşdü
28.05.2026, 09:09 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
28.05.2026, 00:15 MƏDƏNİYYƏT