İrandan Azərbaycana narkotik keçirən TIR sürücüsü saxlanıldı

İrandan Azərbaycana narkotik keçirən TIR sürücüsü saxlanıldı 

KRİMİNAL

Bugün, 11:54

İrandan Azərbaycana narkotik gətirən TIR sürücüsü saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçiridiyi əməliyyatlar zamanı nəticəsində narkotiklərin qeyd edilən cinayət əməlində şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədov saxlanılıb. Onun idarə etdiyi iritonnajlı yük maşınından 8 kq heroin və 3 kq-dan çox psixotrop maddə metamfetamin aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, E.Əhmədov aşkar olunmuş narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR