Kılıçdaroğlu komandasını geri gətirir – İyunun 1-də ilk iclas olacaq

Kılıçdaroğlu komandasını geri gətirir – İyunun 1-də ilk iclas olacaq  

SİYASƏT

Bugün, 12:59

Məhkəmə qərarıyla CHP-nin başına keçirilən Kamal Kılıçdaroğlu keçmiş komandasını Partiyadakı vəzifələrinə geri gətirməyə başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq CHP-nin Mərkıəzi Şura və Ali İntizam Şurasının üzvləri məhkəmə qərarı ilə vəzifələrinə bərpa edilib.

Məlumata görə,  bu məqsdələ Kamal Kılıçdaroğlu məhkəmə icra şöbəsinə ərizə verib bu, dərhal qəbul edilib: “Kılıçdaroğlu köhnə komandasıyla ilk iclası 1 iyunda keçirəcək”

Məlumatda o da deyilir ki, Cümhuriyyət Xalq Partiyasının işçilərinin maaşları və bayram bonusları ödəniləcək: “İctimaiyyətdə "CHP-də maaş ödənişləri donduruldu" kimi iddialar doğru deyil. Partiyanın fəaliyyətində heç bir problem yoxdur. Bütün işçilərə maaşların ödənilməsi üçün təlimatlar verilib"

Partiya mənbələrindən əldə edilən məlumata görə, Kılıçdaroğlu ilk iclasda  köhnə komandasının üzvlərinə yeni vəzifələr verəcək: "Buna paralel olaraq isə Özgür Özəlin sədr seçildiyi qurultayda Mərkəzi Şuraya üzvlük qazanan hər bir şəxslə yollar ayrılacaq”

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR