Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - TƏHLİL
SİYASƏT
Bugün, 09:08
Britaniyanın nüfuzlu The Guardian nəşrində Patrick Wintour tərəfindən qələmə alınan “A bridge, not an obstacle: is Armenia a new crossroads between east and west?” ( Körpü olmaq, maneə olmamaq: Ermənistan Şərqlə Qərb arasında yeni kəsişmə nöqtəsinə çevrilirmi? ) məqaləsi Ermənistanın geosiyasi transformasiyasını təsvir etməklə yanaşı, bu prosesə müəyyən ideoloji çərçivə də verir. Yazı formal olaraq analitik xarakter daşısa da, onun ümumi tonu və vurğuları Nikol Paşinyanın siyasi kursunu legitimləşdirən narrativin bir hissəsi kimi çıxış edir.
Məqalənin mərkəzi ideyası Ermənistanın “maneə”dən “körpü”yə çevrilməsi tezisi üzərində qurulub: “The challenge is how to become a bridge rather than an obstacle.” (“Əsas çağırış Ermənistanın maneə yox, körpüyə çevrilməsidir”)
Bu tezis təsadüfi deyil. O, Ermənistanın regional rolunun yenidən tərif olunması cəhdidir. Yazıda qeyd olunur ki, Azərbaycanla sülh və Türkiyə ilə sərhədlərin açılması Ermənistanı Avropa ilə Asiya arasında strateji tranzit nöqtəsinə çevirə bilər:“The shortest route between east and west goes through Armenia." (“Şərqlə Qərb arasında ən qısa yol Ermənistandan keçir”)
Bu yanaşma Paşinyanın irəli sürdüyü “Real Armenia” konsepsiyası ilə üst-üstə düşür. Bu model tarixi iddialardan imtina etməyi və praqmatik siyasət yürütməyi nəzərdə tutur: “Real Armenia doctrine requires making a painful peace." (“Real Ermənistan doktrinası ağrılı bir sülhə getməyi tələb edir”)
Bu fikir sadəcə sülhün zəruriliyini deyil, onun alternativsiz seçim kimi təqdim edildiyini göstərir.
Maraqlıdır ki, bu narrativ təkcə “The Guardian”la məhdudlaşmır. Qərbin digər aparıcı media qurumlarında da oxşar yanaşma müşahidə olunur. BBC Ermənistanın siyasətini belə təsvir edir: “Armenia is seeking to reduce its reliance on Russia and build closer ties with the West.” (“Ermənistan Rusiyadan asılılığını azaltmağa və Qərblə daha sıx əlaqələr qurmağa çalışır”)
Bu yanaşma Ermənistanın Rusiya orbitindən uzaqlaşmasını problem yox, normal və məntiqi proses kimi təqdim edir. Eyni xətt Politico tərəfindən daha açıq ifadə olunur: “Pashinyan has steered Armenia away from Moscow’s orbit.”(“Paşinyan Ermənistanı Moskvanın təsir dairəsindən uzaqlaşdırıb”)
Bu cümlədə Paşinyan passiv fiqur kimi deyil, aktiv transformasiya aparan lider kimi təqdim edilir.
Reuters isə daha texniki və diplomatik dillə eyni məzmunu ifadə edir: “Armenia is diversifying its foreign policy beyond its traditional alliance with Russia.” (“Ermənistan xarici siyasətini ənənəvi Rusiya ittifaqından kənara doğru şaxələndirir”)
Bu ifadə zahirən neytral görünsə də, mahiyyət etibarilə eyni istiqaməti göstərir: Ermənistanın gələcəyi Moskva ilə deyil, daha geniş geosiyasi seçimlərlə əlaqələndirilir.
Bütün bu sitatlar birlikdə vahid informasiya çərçivəsi yaradır. Bu çərçivədə Ermənistan:
keçmişdə Rusiyaya bağlı,
bu gün transformasiya edən,
gələcəkdə isə Qərbə inteqrasiya olunan dövlət kimi təqdim edilir.
Paşinyan isə bu transformasiyanın əsas memarı kimi göstərilir.
Qərb mediasında Ermənistanla bağlı formalaşan yanaşma təsadüfi və pərakəndə deyil, əksinə, ardıcıl və sistemli narrativ üzərində qurulub. The Guardian kimi nüfuzlu nəşrdə yer alan fikirlər bu yanaşmanın əsas konturlarını aydın şəkildə göstərir.
Məqalədə Ermənistanın yerləşdiyi mühit “a five-way tug of war between Russia, the US, Turkey, Europe and Azerbaijan.” (“Rusiya, ABŞ, Türkiyə, Avropa və Azərbaycan arasında beştərəfli mübarizə”) kimi təqdim olunur. Bu yanaşma ölkəni sadəcə regional aktor kimi deyil, qlobal geosiyasi rəqabətin mərkəzində yerləşdirir.
Bu kursun məntiqi davamı kimi isə belə bir tezis irəli sürülür: “Peace and open borders are the right path for Armenia and the whole region” (“Sülh və açıq sərhədlər Ermənistan və bütün region üçün doğru yoldur”).
Bütün bu yanaşma birlikdə onu göstərir ki, Qərb mediası Ermənistanın gələcəyini sülh, açıq sərhədlər və Qərbə inteqrasiya xətti üzərindən konseptual şəkildə çərçivələndirir. Bu istiqamət təkcə mümkün variant kimi deyil, həm də rasional və zəruri yol kimi təqdim olunur.
Əlbəttə, bu yanaşma tənqidsiz deyil. Məqalədə müxalifətin mövqeyinə də yer verilir. Lakin bu mövqelər daha çox emosional və ya populist kontekstdə təqdim olunur. Bu isə oxucuya dolayı şəkildə hansı tərəfin daha “rasional” olduğu barədə mesaj verir.
Qərb mediasında formalaşan bu düşüncə sadəcə informasiya vermir. O, siyasi seçimləri çərçivələndirir və müəyyən istiqamətləri legitimləşdirir. Paşinyanın siyasəti açıq şəkildə dəstəklənməsə də, onun alternativsiz və rasional yol kimi təqdim edilməsi faktiki olaraq eyni nəticəni doğurur.
Qərb mediası Paşinyanı müdafiə etdiyini elan etmir, amma onun kursunu yeganə realist seçim kimi təqdim edir.
P.S. Bu kontekstdə ABŞ dövlət katibi Marco Rubionun Ermənistana növbəti səfəri də təsadüfi deyil. Bu cür səfərlər sadəcə diplomatik protokol deyil — onlar siyasi siqnaldır. Vaşinqton bununla açıq şəkildə göstərir ki, Ermənistan artıq onun diqqət mərkəzindədir və regionda yeni geosiyasi düzənin qurulmasında rol oynayır. Bu, Paşinyanın yürüdüyü kursun Qərb tərəfindən qəbul edildiyini və dəstəkləndiyini göstərən növbəti mesajdır. Belə səfərlər həm daxili auditoriyaya, həm də Moskvaya ünvanlanır: Ermənistanın istiqaməti dəyişir və bu dəyişiklik artıq təkcə söz yox, real siyasi hərəkətlərlə müşayiət olunur.
Elbəyi Həsənli,Sürix
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Vəzifəsini itirən Şahmar Vəliyevin pulu, yaxud... - "Karvan-Yevlax" niyə aşağı yuvarlandı?
Bugün, 11:01 İDMAN
-
AZƏRBAYCAN ÇEMPİONATI BİTDİ: klublar "dəri" dəyişir - Baş məşqçilər yol ayrıcında qalıb
Bugün, 10:53 İDMAN
-
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq - Deputatlar spikerə üz tutub
Bugün, 10:43 SİYASƏT
-
Dövlət Xidmətinin rəisi vəzifədən çıxarıldı, korrupsiya ittihamı ilə yoxlama başladı - AAYDA-da vəzifəli şəxslər səksəkədədir
Bugün, 10:32 GÜNDƏM
-
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırdı - Açıqlama
Bugün, 10:25 İDMAN
-
“Borussiya Dortmund” Türkiyə millisinin futbolçusu ilə vidalaşdı
Bugün, 10:14 İDMAN
-
AGENTLİKDƏ AİLƏ PODRATI: qohumlar vəzifədə, ətrafları tenderdə - Zaur Mikayılovdan belə məlumatlar gizlədilir?
Bugün, 10:07 GÜNDƏM
-
Özgür Özəlin daha bir silahdaşı saxlanıldı
Bugün, 09:58 SİYASƏT
-
Ağdam şəhərinə daha 110 ailə köçürüldü
Bugün, 09:28 GÜNDƏM
-
“Topaz” hər biri 500 manatlıq 38 uduşu vətəndaşlara "atıb" - Məhkəmə qalmaqalı
Bugün, 09:26 İQTİSADİYYAT
-
Trampdan Tehran rejiminə daha bir tələb: “Uran ya bizə verilməli, ya da…”
Bugün, 09:17 GÜNDƏM
-
Çilidə güclü zəlzələ oldu - 6.9 bal gücündə
Bugün, 09:13 DÜNYA
-
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - TƏHLİL
Bugün, 09:08 SİYASƏT
-
İranın üç bölgəsinə zərbə endirildi – ABŞ xəbəri təsdiqlədi, "təhlükə vardı" dedi (Yneilənib)
Bugün, 09:02 GÜNDƏM
-
Ağsuda maşın beton səddə çırpılıb çay yatağına düşdü - Ölənlər var
Bugün, 08:51 KRİMİNAL
-
"Əfsuslar olsun ki, biz elə yerində sayırıq" - Prezidentin dünənki müşavirəsi və... (TƏHLİL)
Bugün, 08:48 İQTİSADİYYAT
-
“Sən bilən hansı ilə gedəcəyəm? Mənə hansı düşür?" - Qatardan bixəbər Cavid Qurbanov imicini dəyişib
Bugün, 08:36 CƏMİYYƏT
-
ÖZGÜR ÖZƏL YENİ PARTİYA QURUR – Ən yaxın silahdaşı indidən reytinq faizini elan etdi
Bugün, 00:21 GÜNDƏM
-
Ajda Pekkan nahara 1600 manat ödədi – 80 yaşlı müğənninin yeməyi gündəm oldu (FOTO)
Bugün, 00:07 ŞOU-BİZNES
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Türkiyədə zəlzələ olub - 4.2bal gücündə
25.05.2026, 23:36 DÜNYA
-
Nazir Netanyahu ilə mübahisə elədi: “Trampın masasına dyumruğunu vur, de ki…”
25.05.2026, 23:21 DÜNYA
-
İki sevda çəkənin cəzası var - Əfran İsmayılov “şpaqat” vəziyyətdən çıxdı
25.05.2026, 21:29 İDMAN
-
Lukaşenko İlham Əliyevə təbrik məktubu ünvanlayıb
25.05.2026, 19:20 GÜNDƏM
-
İki deputat Kamal Kılıçdaroğluna “yox” dedi: “Adımızı siyahıdan çıxarın, yoxsa…”
25.05.2026, 18:55 SİYASƏT
-
“Qalatasaray” rəhbərliyində istefa olub
25.05.2026, 18:46 İDMAN
-
Bakıda və Abşeronda sabah yağış yağacaq - Xəbərarlıq
25.05.2026, 18:14 GÜNDƏM
-
Donald Tramp müsəlman ölkələrinə "barmaq" silkələdi: "Əgər siz İsraillə anlaşmasınız…”
25.05.2026, 18:05 GÜNDƏM
-
Hamının vahid bileti və dili - Yaxud ucuz reytinq şousu...
25.05.2026, 17:54 SİYASƏT
-
Auditorlar Palatasında 717 min manatlıq qalmaqal - Dövlət ittihamçısı cəza istədi
25.05.2026, 17:35 KRİMİNAL
-
Si Cinpin İlham Əliyevə təbrik məktubu ünvanladı - MƏTN
25.05.2026, 17:33 GÜNDƏM
-
Prezident Azərbaycan və Latviya DİN-ləri arasındakı əməkdaşlıq sazişini təsdiqlədi
25.05.2026, 17:29 GÜNDƏM
-
Prezident 4 illik Dövlət Proqramını təsdiqlədi: kənd təsərrüfatı sahəsi ilə bağlı - Nələr olacaq?
25.05.2026, 17:23 İQTİSADİYYAT
-
"Benfika" "Qalatasaray"ın futbolçusunu istəyir
25.05.2026, 17:08 İDMAN