"Benfika" "Qalatasaray"ın futbolçusunu istəyir  

\"Benfika\" \"Qalatasaray\"ın futbolçusunu istəyir  

İDMAN

Bugün, 17:08

Portuqlayanın "Benfika" komandası "Qalatasaray"ın ulduz futbolçusu Yunus Akgünə “elçi” düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, portuqallar bu transfer üçün “Qalatasaray”a 10 milyon avroya yaxın transfer haqqı təklif etsə də, rədd cavabı alıb.

Məlumata görə, Qalatasaray" Yunus Akgünü satmaq üçün dajha böyük məbləğ istəyir: “Qalatasaray” bu transferdən azı 20 milyon qazanmağa çalışır”.

Xatırladaq ki, Yunus Akgünün "Qalatasaray"la müqaviləsi 2029-cu ilə qədərdir. 25 yaşlı futbolçu 2011-ci ildən bəri “Qalatasaray” formasını geyinir. O, bu mövsümdə 42 matçda 10 qol vurub, 11 məhsuldar ötürmə verib.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR