"Kılıçdaroğlu Özgür Özəl deputat fraksiyasının sədri vəzifəsindən azad edəcək"

\"Kılıçdaroğlu Özgür Özəl deputat fraksiyasının sədri vəzifəsindən azad edəcək\"

SİYASƏT

Bugün, 16:10

Məhkəmə qərarı və polisin gücüylə CHP-nin sədr postuna qaytarılan Kamal Kılıçdaroğlu iyunun 1-dən partiya mərkəzi qərargahında fəaliyyətə başlayacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda jurnalist Barış Yarkadaş TV100-ün canlı yayımında açıqlama verib.

Onun sözlərinə görə, o, vəzifəsinin ilk günü bir çox CHP funksionerləri ilə yanaşı, Özgür Özəl haqqında da əmr imzalayacaq: “Kılıçdaroğlu Özgür Özəli partiyanın deputat fraksiyasının sədri vəzifəsindən azad edən əmri imzalayacaq”.

Məlumatda bu əmrə deputatların sərt reaksiya verəcəyi də deyilir.

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR