DEM partiya rəhbəriyi Özgür Özələ dəstək verdi  

DEM partiya rəhbəriyi Özgür Özələ dəstək verdi  

DÜNYA

Bugün, 15:52

Bu gün DEM Partiyasının həmsədri Tuncer Bakırhan rəhbərliyi ilə partiya rəsmiləri məhkəmə qərarıyla CHP-nin sədr postundan azad olunan Özgür Özəllə Türkiyə Böyük Millət Məclisində (TBMM) görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə DEM heyəti Özgür Özələ dəstəyi ifadə ediblər.

Görüşdə CHP ətrafında yaranan problemlər müzakirə olunub.

Bakırhan bildirib ki, məhkəmənin CHP-nin qurultayının nəticələrini ləğv qərarı Türkiyədə demokratiyaya zərbədir: "Bu, ölkədə yenidən siyasi böhran yaradıbir. Qanunsuz qərarın icrası zamanı polisin zorakılığından yaranan görüntülər sadəcə utancverici və qəbuledilməzdir. Əsas müxalifət partiyasına qarşı göz yaşartıcı qaz, su şırnaqları və plastik güllələrdən istifadə demokratiyaya qarşı rüsvayçılıq və hüquqi qalmaqaldır. Biz bu hücumu açıq şəkildə qınayırıq. Türkiyə xalqı belə dövrlərdə həmişə demokratiyanın tərəfini tutub. Türkiyə xalqı heç vaxt siyasətə müdaxiləyə razı olmayıb. Demokratiya bizi bir yerdə saxlayacaq ən güclü prinsipdir. Yaşadığımız siyasi böhranların kökü demokratik siyasətin olmamasındadır. Bundan yeganə çıxış yolu bu rejimin qanunun aliliyi ilə silahlanması və demokratikləşməsidir".

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR