ETX-dən xəbərdarlıq - Dələduzlar ictimai yerlərdə vətəndaşların biometrik məlumatlarını ələ keçirməyə çalışır

ETX-dən xəbərdarlıq - Dələduzlar ictimai yerlərdə vətəndaşların biometrik məlumatlarını ələ keçirməyə çalışır

GÜNDƏM

Bugün, 15:19

Son dövrlər dünyada kiberdələduzlar ictimai yerlərdə müxtəlif bəhanələrlə vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəyərək onların biometrik məlumatlarını ələ keçirməyə çalışırlar.

Mia.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü və bəzi hallarda toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə oluna bilər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR