Tural Abbaslı: "Doğulan uşaqların sayı azalır, evliliklərin sayı aşağı düşür, boşanmalar artır"
SİYASƏT
Bugün, 10:41
Azərbaycanın ictimai müzakirə mühitində son illər demoqrafik göstəricilərin azalması, doğum sayının aşağı düşməsi və ailə institutunun dəyişməsi mühüm gündəm mövzularından biri kimi qalır.
Mia.az xəbər verir ki, bu fonda bəzi ölkələrdə dövlət və sosial təşviqlər ailələrə maddi dəstək paketləri, kredit güzəştləri və müxtəlif hədiyyə proqramları tətbiq edilərək doğumun stimullaşdırılmasına çalışılır. Azərbaycanda isə bu mövzu ətrafında fərqli yanaşmalar və sərt ritorikalar da səslənir.
Real TV-nin rəhbəri Mir Şahin “uşaq pulu” ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrə sərt münasibət bildirib. O, Kamal Abdulla və deputat Günay Ağamalının fikirlərinə görə sosial şəbəkələrdə linç edilməsini tənqid edib. Mir Şahin bildirib ki, rəqəmsal platformalar azad söz meydanı kimi təqdim olunsa da, fərqli fikir söyləyən şəxslər dərhal təhqir və təzyiqlə üzləşirlər. O deyib ki, doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın.
Mia.az -ın məlumatına əsasən, Ağ Partiyanın sədri Tural Abbaslı mövzu ilə bağlı Demokrat.az-a bildirib ki, bu gün demək olar bütün dövlətlər əhalinin artımını təşviq etmək üçün müxtəlif addımlar atır, stimullaşdırıcı sosial proqramlar həyata keçirirlər: “Bir çox ölkələri kənara qoysaq, elə Rusiyanın özündə də son illərdə əhali artımını dəstəkləmək məqsədilə müxtəlif sosial paketlər, güzəştlər və imtiyazlar tətbiq olunub. Amma Azərbaycanda bu məsələyə yanaşma bir qədər qeyri-adekvat görünür. Daha çox belə bir düşüncə formalaşıb ki, guya dövlət müəyyən sosial dəstəkləri həyata keçirsə, insanlar bunu davamlı tələb edəcək. Elə bil hökumətlə xalq arasında görünməz rəqabət mövcuddur və xalqın tələblərini yerinə yetirmək zəiflik kimi qəbul edilir. Bu isə cəmiyyətdə müəyyən narazılıq yaradır. Hazırda Azərbaycanda əhali artımının tempinə baxmaq kifayətdir. Doğulan uşaqların sayı azalır, evliliklərin sayı aşağı düşür, boşanmalar artır, abort statistikası isə narahatlıq doğurur. Bütün bunları nəzərə aldıqda, əslində məmurlar vətəndaşlara müraciət etməli, ikinci, üçüncü, dördüncü uşağın dünyaya gəlməsini təşviq etməli və bunun üçün müxtəlif təminatlar təqdim etməlidirlər”. Onun sözlərinə görə, cəmiyyətdə belə bir fikir formalaşıb ki, bəzi məmurlar əhalinin artmasını problem kimi görürlər: “Sanki onların düşüncəsinə görə, insan sayı çoxaldıqca problemlər də artır. Bu yanaşma isə uzunmüddətli perspektivdə ölkənin demoqrafik inkişafına mənfi təsir göstərir. Bu gün artıq çoxuşaqlı ailə anlayışına da yenidən baxmağa ehtiyac var. Hazırda Azərbaycanda çoxuşaqlı ailə statusu beş uşaqla müəyyən edilir. Halbuki mövcud reallıq göstərir ki, bir çox ailədə bir və ya iki uşaq var.
Bu səbəbdən həmin meyarın ən azı üç uşağa endirilməsi daha məqsədəuyğun hesab oluna bilər. Eyni zamanda dörd və daha çox uşağı olan ailələrə mənzil təminatı, müxtəlif sosial güzəştlər, uşaqların təhsilinə dəstək və digər imtiyazların verilməsi ilə bağlı təkliflər də irəli sürülür. Bu məsələlər kifayət qədər geniş və əhatəli olduğundan onların bir müsahibə çərçivəsində tam izah edilməsi çətindir. Bəzi jurnalistlər və siyasətçilər də iqtidardakı müəyyən məmurların mövqeyini müdafiə etməyə çalışırlar. Lakin cəmiyyət bu yanaşmanı birmənalı qarşılamır. İnsanlar hesab edir ki, xalqın sosial tələbləri nəzərə alınmalıdır. Bəzən belə fikirlər səsləndirilir ki, guya uşaqpulu verilərsə, insanlar işləmək istəməyəcək. Halbuki dünyanın ən inkişaf etmiş Avropa ölkələrində belə uşaqpulu sistemi illərdir tətbiq olunur və bu, sosial siyasətin vacib istiqamətlərindən biri hesab edilir”.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah yağış yağacaq
Bugün, 12:46 GÜNDƏM
-
KONSULUMUZ QƏZADA DÜNYASINI DƏYİŞDİ - XİN açıqlama yaydı + VİDEO (YENİLƏNİB)
Bugün, 12:43 GÜNDƏM
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib - O, kimdir? (FOTO)
Bugün, 12:40 PRESS
-
Hörmüz boğazından keçid üçün rüsum alınmayacaq - İran XİN ABŞ-la yeni anlaşmanı açıqladı
Bugün, 12:34 İQTİSADİYYAT
-
İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTOLAR
Bugün, 12:11 KRİMİNAL
-
Ceyhun Bayramov ABŞ-a getdi
Bugün, 12:09 GÜNDƏM
-
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
Bugün, 12:07 İQTİSADİYYAT
-
Dövlət Agentliyi “Kontakt Home”u cərimələdi
Bugün, 11:58 İQTİSADİYYAT
-
Leyla Əliyeva Masallıda Cümə məscidində - FOTOLAR
Bugün, 11:57 SİYASƏT
-
PREZİDENT NAZİRLƏRİ TOPLADI - Müşavirə + FOTOLAR
Bugün, 11:53 GÜNDƏM
-
Rezidenturaya qəbulun 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayır
Bugün, 11:32 CƏMİYYƏT
-
Qəbul imtahanı: II mərhələ nə vaxt keçiriləcək? - Tarixlər
Bugün, 11:19 GÜNDƏM
-
Azərbaycanın axtarışa verdiyi Osman Kaya Gürcüstanda saxlanıldı
Bugün, 11:17 KRİMİNAL
-
Şuşa və Cəbrayıla növbəti köç olub (YENİLƏNİB)
Bugün, 11:01 GÜNDƏM
-
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
Bugün, 10:56 MƏDƏNİYYƏT
-
ADY-nin bilet satışı sistemi çöküb - "Kartımdan 102 manat silindi, dedilər sistemdə xəta oldu, bu dəfə 254 manat ödə, yenisini al!" (Yenilənib)
Bugün, 10:54 CƏMİYYƏT
-
Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yanğın... - İş məhkəməyə göndərildi
Bugün, 10:45 KRİMİNAL
-
Tural Abbaslı: "Doğulan uşaqların sayı azalır, evliliklərin sayı aşağı düşür, boşanmalar artır"
Bugün, 10:41 SİYASƏT
-
Dünyanı kim idarə edir: ordular yoxsa ideyalar? - Yumşaq güc fenomeni və ya görünməz hegemonluq
Bugün, 10:35 SİYASƏT
-
Qəbul imtahanı: dünənki imtahanın düzgün cavabları açıqlandı
Bugün, 10:25 GÜNDƏM
-
Şahlar Cabbarov Ukraynada tutulub
Bugün, 10:09 KRİMİNAL
-
Aygün Kazımova, Röya və... - General kiminlə quda oldu? + VİDEO
Bugün, 10:07 MƏDƏNİYYƏT
-
Almaz Hacıyeva vəfat edib
Bugün, 09:57 CƏMİYYƏT
-
66 yaşlı Nazpəri Dostəliyeva İstanbulda - FOTOLAR
Bugün, 09:51 ŞOU-BİZNES
-
Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib
Bugün, 09:30 GÜNDƏM
-
Çində sel xəbərdarlığı: minlərlə insan təxliyyə olunub
Bugün, 09:22 DÜNYA
-
Nigeriyada terrorçuların girov götürdüyü 92 mülki şəxs xilas olunub
Bugün, 09:09 DÜNYA
-
İstanbul Bilgi Universiteti fəaliyyətini bərpa etdi - Qərar dəyişdi (Yenilənib)
Bugün, 08:59 GÜNDƏM
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 08:58 GÜNDƏM
-
Qarşıda növbəti ağır mərhələ var: ya yeni yol tapılmalı, ya yeni yol salınmalıdır
Bugün, 01:09 SİYASƏT
-
ÖZƏLLƏ YAVAŞ BİR ARAYA GƏLDİ, 45 GÜNLÜK VAXT QOYULDU – Bələdiyyə sədrləri birgə bəyanat verdi
Bugün, 00:44 GÜNDƏM
-
Kamal Kılıçdaroğlu ilk olaraq 10 deputatı qovmağa hazırlaşır – “Xəyanət” sözünə görə (SİYAHI)
Bugün, 00:27 SİYASƏT
-
Kılıçdaroğluya mahnı həsr edən sənətçi ortaya mövqe qoydu: “Onun yanında deyiləm”
Bugün, 00:24 SİYASƏT
-
Zədəsini daha tez sağaldan Arda Gülər geri döndü
Bugün, 00:13 İDMAN