Muaytay-Tayboks Federasiyasında seçki: Araz Musayev prezident seçildi, Azər Həsənsoy qurumdan uzaqlaşdırıldı

Muaytay-Tayboks Federasiyasında seçki: Araz Musayev prezident seçildi, Azər Həsənsoy qurumdan uzaqlaşdırıldı

İDMAN

Bugün, 10:25

Azərbaycan Muaytay-Tayboks Federasiyasının növbəti ümumi yığıncağı keçirilib.

Mia.az xəbər verir ki, yığıncağa eyni zamanda onlayn şəkildə ictimai birliyin rəsmi üzvləri qoşulub.

Yığıncağın gündəliyində duran əsas məsələlərdən biri federasiyada struktur dəyişikliklərinin həyata keçirilməsi olub. Müzakirələr zamanı federasiyanın gələcək fəaliyyəti, inkişaf istiqamətləri və idarəetmə strukturu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

İclas çərçivəsində Araz Musayevin yenidən federasiya prezidenti seçilməsi məsələsi səsverməyə çıxarılıb. Ümumi yığıncaq iştirakçılarının böyük əksəriyyətinin dəstəyi ilə Araz Musayev 23 may 2026-cı il tarixindən etibarən Azərbaycan Muaytay-Tayboks Federasiyasının prezidenti seçilib.

Eyni zamanda struktur dəyişiklikləri ilə bağlı məsələlərin müzakirəsi zamanı İdarə Heyətinin üzvü Azər Həsənsoy idarə heyətinin üzvlüyündən kənarlaşdırılıb, onun yerinə Şəhriyar İsayev seçilib.

Yığıncaqda həmçinin, ictimai birliyin Nəzarət-Təftiş Komissiyasının yaradılması barədə qərar qəbul olunub. Komissiyanın üzvləri Aras Pirməmmədov, Kamil Həsənov və Xəyyam Həsənov seçiliblər.

Yeri gəlmişkən, mətbuatda bu federasiyanı suraxanının icra başçısı Adil Əliyevin "çətir"i altına almağa çalışması, hətta Araz Musayevin Türkiyədə bıçaqlanmasının da bu səbəbdnən baş verməsi haqda xəbərlər yayılmışdı. İndi qurumdanuzaqlaşdırlan Azər Həsənsoy isə Türkiyədə baş verən hadisəyə görə həbs edilmişdi.

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR