DÇ-2026-da matçlar "zaryatka yığan" toplarla oynanılacaq: "14 qramlıq sensor və..."

DÇ-2026-da matçlar \"zaryatka yığan\" toplarla oynanılacaq: \"14 qramlıq sensor və...\"  

İDMAN

Bugün, 10:44

Gələn ay start veriləcək Dünya Çempionatı (DÇ-2026 ) oyunlarında ənənəvi toplarla deyil, "zaryatka yığan" toplarla matçlar oynanılacaq.

Mia.az xarici mətuata istinadla xəbər verir ki, yeni istehsal olunan topların bu mötəbər yarışda sınaqdan çıxarılmasına FİFA artıq qərar verib.

İddiaya görə, "ağıllı toplar" oyundan əvvəl "zaryatka"ya qoyulacaq ki, matç boyu "gücü"nü qoruya bilsin: "Yeni sistemin hakimlərə ofsayd və qol xətti qərarlarında kömək edəcək. Bu toplar 14 qramlıq qabaqcıl sensorlar və məlumat ötürmə sistemləri ilə təchiz olunub. Bu sistem sayəsində topun ayaqdan çıxdığı anı, xüsusən də ofsayd mövqelərində dəqiq müəyyən etmək olacaq".

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR