TƏBİB-in İCRAÇI DİREKTORUNUN YENİ VƏZİFƏ VERDİYİ VƏZİROVA: o, kimdir? - Maraqlı faktlar...

TƏBİB-in İCRAÇI DİREKTORUNUN YENİ VƏZİFƏ VERDİYİ VƏZİROVA: o, kimdir? - Maraqlı faktlar...

CƏMİYYƏT

Bugün, 00:17

Təxminn 20 gün əvvəl "Yeni Klinika"ya direktor təyin olunan tibb elmləri üzrə fəlsəfə doktoru Zəhra Vəzirovanın ailə üzvlərinin əksəriyyəti tibb sahəsinə məxsusdur.

Mia.az bildirir ki, TƏBİB-ə tabeli tibb müəssisəsi olan Yeni Klinikanın direktoru təyin edilən Z.Vəzirova bundan əvvəl bəzi tibb müəssisələrində, o çümlədən Milli Onkologiya Mərkəzində çalışıb.

Həmkarları onu çalışqan, savadlı mütəxəssis kimi xarakterizə edir. İxtisasca reanimatoloqdu. O, həmçinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışıb. Z.Vəzirova Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətini yaradıb və onun sədridi.

Onun həyat yoldaşı İsmayıl Əfəndiyev Mərkəzi Gömrük Hospitalında allerqoloq kimi çalışır. Eyni zamanda, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin (DGK TXİ) rəis müavinidi. 2006-cı ildə Azərbaycan Toksikoloqlar Cəmiyyətini (Dərnək) təsis edib və hazırda cəmiyyətin sədridi. Həyat yoldaşı Z.Vəzirova da onun müavinidi.

Z.Vəzirovanın qardaşı Rəşid Vəzirov hazırda Respublika Diaqnostika Mərkəzinin (RDM) icraçı direktorudu.

Bacısı Aytən Məmmədbəyli Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya kafedrasının müdiri, eyni zamanda Azərbaycan Uşaq Nevroloqları Assosiyasiyasının prezidentidi. Onun həyat yoldaşı İslam Maqalov cərrahi və estetik ginekologiya üzrə peşəkar həkim, professordu.

Z.Vəzirovanın xalası qızı Təranə Tağızadə ATU-nun dosenti, tibb üzrə fəlsəfə doktorudu, bundan başqa Azərbaycan Pediatrlar Assosiyasiyasının sədri və Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidentidi. Ailənin daha bir fərdi Təhminə Tağızadə Azərbaycan Milli Dopinq Agentliyinin icraçı direktorudu.

Yeri gəlmişkən, Z.Vəzirovanın həyat yoldaşı İ.Əfəndiyev həmçinin Səhiyyə Nazirliyinin Antidopinq İntizam Komitəsinin sədridi. Bu komitə idmançıların şikayəti əsasında dopinq qayda pozuntularını müzakirə edir.

Z.Vəzirovanın digər xalası qızı Zərəngiz Tağızadə isə psixoloqdu, həmçinin Azərbaycan Pediatrlar Assosiyasiyasının icraçı direktorunun köməkçisidi.

Yeni direktorun oğlu Cəmil təzəlikcə, bu ilin fevralında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyində böyük mütəxəssis vəzifəsinə təyin edilib.

 Z.Vəzirova və onun həyat yoldaşı maraqlı ictimai fəailiyyətlə məşgul olur, onlar birlikdə müxtəlif tədbirlər həyata keçirir. Məsələn, İ.Əfəndiyev rəhbəri olduğu Azərbaycan Toksikoloqlar Cəmiyyətinin və ATU-nun iştirakıyla DGK TXİ-nin tədbirlərini – elmi-praktik tədbirlər, konfrans və simpoziumları keçirir.

TƏBİB-lə İsmayıl Əfəndiyevin rəhbəri olduğu ictimai birlik "Azəri Toksikoloqlar Dərnəyi" və Z.Vəzirovanın sədri olduğu “Azərbaycan Reanimatoloq və Anestezioloqlar Cəmiyyəti” (AzRAC) arasında qarşılıqlı əməkdaşlıq memodandumu imzalanıb və tərəflər kliniki toksikologiya və reanimatologiya sahələrində birgə elmi araşdırmaların aparılması, tibb işçilərinin peşəkarlığının artırılması və əhali arasında kəskin zəhərlənmələrin profilaktikası, müalicəsi və sağlam həyat tərzinin təşviqi ilə bağlı birgə fəaliyyətə dair razılığa gəlib.

Z.Vəzirova hazırda TƏBİB-ə tabeli tibb müəssisəsinə rəhbər təyin edilib.

F.ƏHMƏD

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR