Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib - Çıxışlar + FOTOLAR
SİYASƏT
Bugün, 18:13
Bu gün - 20 may 2026-cı il tarixində AR Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Buxarest şəhərindəki “Marriott” mehmanxanasının “Grand Ballroom” zalında ölkəmizin Müstəqillik Günü nə həsr olunmuş təntənəli tədbir keçirilib.
Mia.az xəbər verir ki, mərasimdə Rumıniyanın dövlət xadimləri, hökumət nümayəndələri, çoxsaylı deputat və senatorlar, ictimai-siyasi xadimlər, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, elm və mədəniyyət xadimləri, yerli KİV rəhbərləri, çoxsaylı türk və tatar icmasının təmsilçiləri, İran azərbaycanlıları icmasının üzvləri, Rumıniyada təhsil alan və məskunlaşmış həmvətənlərimiz iştirak edib.
Tədbiri açıq elan edən ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanov qonaqları salamlayıb və rumın dilində çıxış edib. O, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, xalqımızın XX əsrin sonunda müstəqilliyini bərpa etməsindən sonra qarşılaşdığı ağır sınaqlardan və Ümummilli Lider Heydər Əliyevin dövlətçilik qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Prezident Ilham Aliyev rəhbərliyi ilə Azərbaycan son illərdə siyasi, iqtisadi və diplomatik sahələrdə mühüm uğurlar əldə edib, regionun aparıcı dövlətlərindən birinə çevrilib. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan etibarlı tərəfdaş kimi çıxış etdiyini bildirən səfir qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ vasitəçiliyi, o cümlədən Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında münasibətlərin normallaşdırılmasına dair mühüm sənəd imzalanıb və bu, regionda uzunmüddətli münaqişənin sona çatdırılması üçün əsas yaradıb. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh yalnız region ölkələrinin deyil, bütövlükdə Avropanın, xüsusilə də Avropaya açılan əsas qapılardan biri hesab olunan Rumıniyanın maraqlarına xidmət edir.
Rumıniya Senatının sədri Mirça Abrudean 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin tarixdə tutduğu yerə toxunub, Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmasını, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu xatırladıb, Rumıniyanın 2009-cu ilin sentyabr ayında Azərbaycanla Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzamaqla ölkəmizin strateji əhəmiyyətini anlayan ilk Avropa İttifaqı dövləti olduğunu vurğulayıb. O, Azərbaycan investisiyalarının rəqəmsal infrastruktur layihələri və yaşıl enerji də daxil olmaqla Rumıniyanın enerji infrastrukturumuzda vacib yer tutduğunu, hər iki ölkənin çətinliklərlə dolu bir dünyada ortaq bir yol üzrə tərəfdaş olmasını qeyd edib.
Rumıniya Prezident Administrasiyasında dövlət müşaviri Vlad İonesku ikitərəfli tərəfdaşlığın əsasının ulu öndər Heydər Əliyevin 1995-ci ildə həyata keçirdiyi Buxarestə səfəri əsnasında qoyulduğunu, hazırda Azərbaycanın Rumıniyanın Cənubi Qafqaz regionunda əsas iqtisadi tərəfdaşı olduğunu qeyd edib. V.İonesku Cənub qaz dəhlizi, Qara dənizin altından yaşıl enerjinin nəqli, Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu layihələri çərçivəsində əməkdaşlıqdan bəhs edib və bu layihələrin Rumıniyanın enerji təhlükəsizliyi, eləcə də bütün Avropa üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, Rumıniya regiondakı sabitlik baxımından Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı, eləcə də Azərbaycan və Ermənistanarasında sülh prosesini dəstəkləyir.
Rumıniyanın Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə dövlət katibi - nazir müavini Ana Kristina Tinka çıxışında Azərbaycanın hazırda sivilizasiyaların və xalqların qovuşduğu məkanda yerləşdiyini və Cənubi Qafqazdakı əsas geostrateji mövqeyini vurğulayıb. Cari ildə ikitərəfli əlaqələrin qurulmasının 35 illiyinin tamam olduğunu bildirən nazir müavini Qara dəniz-Xəzər multimodal nəqliyyat dəhlizi barədə sazişin ən qısa müddət ərzində imzalancağlına ümid etdiyini bildirib. O qeyd edib ki, Cənubi Qafqaz hazırkı beynəlxalq kontekstdə getdikcə artan əhəmiyyət kəsb edən bir bölgə və Azərbaycan bu regionun ən vacib dövlətidir. A.Tinka 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayıb, sülh müqaviləsinin imzalanmasının isə regionun potensialının tam istifadəsinə yardım edəcəyini bildirib. Nazir müavini, həmçinin Rumıniya Aİ və Azərbaycan arasında əməkdaşlığın dərinləşməsini dəstəklədiyini açıqlayib.
Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri, baş nazirin keçmiş müavini Marian Neakşu Azərbaycanın Rumıniya və bütövlükdə Avropa üçün mühüm rolunu vurğulayaraq ölkəmizin Rumıniyanın ən yaxşı dostlarından biri adlandırıb. O bildirib ki, ötən illər ərzində həyata keçirilmiş 3 dövlət başçısı, 2 baş nazir, eləcə də çoxsaylı parlament sədrləri səviyyəsində qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin artan qrafik üzrə inkişafından xəbər verir. Parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrdəki mühüm roluna toxunan M.Neakşu həm yaşıl, həm də qaz enerjisinin həm Rumıniyanın, həm də Avropanın iqtisadi inkişafı üçün çox vacib mənbələr olduğunu, eləcə də Rumıniyanın özünü Azərbaycan Respublikasının enerji məhsullarına Avropanın qapısını açmağa layiq olduğunu göstərdiyini qeyd edib. Çıxışının sonunda M.Neakşu ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı təbrik edib.
Tədbirdə fəxri qonaq qismində iştirak edən Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında da fikirlərə yer verib. O, ümummilli lider ilə Bakıda və Buxarestdə qarşılıqlı surətdə səfirliklərin açılması və səfirlərin təyin olunması barədə qərar qəbul etdiklərini xatırladıb, ümummilli lider Heydər Əliyevlə ildə ən azı 4-5 dəfə, sonra isə son 25 ildə, səlahiyyət müddəti bitdikdən sonra, prezident İlham Əliyevlə ildə ən azı iki-üç dəfə görüşmək üçün fürsətinin olduğunu nəzərə çatdırıb. E.Konstantinesku bildirib ki, 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə ulu öndər ilə dostluq münasibətləri yaranıb və daha sonra isə ümummilli liderin təşəbbüsü ilə Asiya və Avropa arasında qədim İpək yolunun bərpası istiqamətində ciddi işlər görülüb. O qeyd edib ki, indiki dövrün prizmasından baxanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və prezident İlham Əliyev tərəfindən davam etdirilmiş həmin planların artıq həyata keçirildiyinin şahidi oluruq.
Mərasim iştirakçıları üçün foyedə təşkil olunmuş işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərini, mina problemini, ölkəmizin inkişafını və turizm potensialını əks etdirən, eləcə də ölkəmizdə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunmasına və Rumıniya-Azərbaycan münasibətlərinə həsr olunmuş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb. Sərgi ziyarətçilərinin suallarını səfirliyin əməkdaşları cavablandırıblar.
Mərasimin sonunda iştirakçılara Azərbaycan milli mətbəxinə məxsus təamlar təqdim edilib.
Tədbir Rumıniya mətbuatında da geniş işıqlandırılıb və ölkəmizin müstəqil dövlət kimi güclənməsini əks etdirən rəmzi bir hadisə kimi təqdim olunub.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
SÖZÜN İŞIĞINDA BİR GÖRÜŞ... - FOTOLAR
Bugün, 20:05 MƏDƏNİYYƏT
-
PA-nın şəbə müdiri ilə partiya sədri arasında görüş oldu - Nələr müzakirə edilib?
Bugün, 20:02 SİYASƏT
-
TÜRKİYƏ SİYASƏTİ ÇALXALANIR: gərginlik birjalara sıçradı, kəskin eniş fondun bağlanışına səbəb oldu
Bugün, 19:27 İQTİSADİYYAT
-
MƏHKƏMƏ CHP-nin QURULTAYINI LƏĞV ETDİ, KILIÇDAROĞLU GERİ GƏTİRİLİR – Türkiyə siyasətində "zəlzələ" (YENİLƏNİB)
Bugün, 18:54 SİYASƏT
-
Kral III Çarlz Azərbaycan prezidentinə məktub göndərib - MƏTN
Bugün, 18:42 GÜNDƏM
-
PA rəsmilərinin qəbul günləri - CƏDVƏL
Bugün, 18:39 GÜNDƏM
-
Mətbuat katibi yeni vəzifəyə təyinat edildi
Bugün, 18:31 PRESS
-
Deputat Günay Ağamalı qalmaqallı sözləri qəsdən deyib? - Keçmiş partiya sədrindən maraqlı şərh
Bugün, 18:28 SİYASƏT
-
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib - Çıxışlar + FOTOLAR
Bugün, 18:13 SİYASƏT
-
Fərid Şəfiyev: "Ermənistan Laçın və Kəlbəcəri..."
Bugün, 18:06 SİYASƏT
-
Azercell “Great Place to Work” beynəlxalq sertifikatına layiq görülüb
Bugün, 17:54 İQTİSADİYYAT
-
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi... - Baş nazir qərar imzaladı
Bugün, 17:48 CƏMİYYƏT
-
Bu şəxslərə hər ay 100 manat məbləğində vəsait ödəniləcək - Qərar
Bugün, 17:42 GÜNDƏM
-
Moctaba Xamenei: “Zənginləşdirilmiş uran İrandan çıxarılmayacaq”
Bugün, 17:10 GÜNDƏM
-
Deputat keçmiş partiya sədrinin müdafiəsinə qalxdı – Qalmaqal böyüdü
Bugün, 17:04 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Bakıda tramvay xətlərinin 2028-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır
Bugün, 16:30 CƏMİYYƏT
-
Pakistanın Baş naziri İlham Əliyevə məktub göndərdi
Bugün, 16:29 GÜNDƏM
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə - Nazir Ərdoğanla birgə izlədi + FOTOLAR
Bugün, 16:17 GÜNDƏM
-
65 yaşlı rəis təqaüdə göndərilib: "Şöbədə mühəndis var, ancaq seçim başqa yerdən edilir"
Bugün, 16:13 CƏMİYYƏT
-
İsveç Kralı: "Azərbaycan xalqına firavanlıq arzu edirəm"
Bugün, 16:08 GÜNDƏM
-
81 MANATDAN 180 MANATADƏK... - Bakı-Tbilisi qatarına bilet qiymətləri açıqlandı + SİYAHI
Bugün, 16:06 GÜNDƏM
-
Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevə məktub göndərib
Bugün, 15:50 GÜNDƏM
-
Haqqında qiyabi həbs qərarı çıxarılan aktrisa: "Ölkəmə dönəcəm"
Bugün, 15:33 MƏDƏNİYYƏT
-
Avtomobil Yollarının Mühafizə Xidmətinə direktor təyin edilib - Yeni sədr daha bir dostuna etimad göstərdi
Bugün, 15:26 CƏMİYYƏT
-
Azərbaycanlı biznesmen və xanımına şok ittiham... - Detallar
Bugün, 15:15 GÜNDƏM
-
Rusiya liderinin Pekin səfərinin görünməyən tərəfəri - TƏHLİL
Bugün, 15:09 GÜNDƏM
-
“Araz” “Best Managed Companies Azerbaijan 2026”nın qalibi oldu - FOTO
Bugün, 15:00 İQTİSADİYYAT
-
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək
Bugün, 14:48 PRESS
-
"Qarabağ” qapı göstərdiyi Elvindən pul qazanmağa can atır
Bugün, 14:36 İDMAN
-
“Məhbus sıxlığının azaldılmasının çıxış yolu yeni həbsxanalar deyil” – Zahid Orucdan AŞPA hesabatına reaksiya
Bugün, 14:36 SİYASƏT
-
“Beşiktaş”lı ulduzlar Bodrumda sevgililəri ilə yeyib-içib qaçdı – “Telefonlara da cavab vermirlər”
Bugün, 14:20 İDMAN
-
Məşhur aktrisanın qızı: “Anam bizə kifayət qədər miras qoyub” - FOTO
Bugün, 14:09 ŞOU-BİZNES
-
“Beşiktaş” 16 futbolçunu yola salır – SİYAHI
Bugün, 14:01 İDMAN