"SİZİN KÖKÜNÜZÜ KƏSƏCƏM" - Paşinyan "Qarabağ elitası"na "şərəfsizlər" dedi, təhdid etdi (VİDEO)

\"SİZİN KÖKÜNÜZÜ KƏSƏCƏM\" - Paşinyan \"Qarabağ elitası\"na \"şərəfsizlər\" dedi, təhdid etdi (VİDEO)

GÜNDƏM

Bugün, 10:59

Ermənistanda seçki günü yaxınlaşdıqca, Baş nazir Paşinyanla vaxtilə Qarabağda separatizmi qızışdıranlar və bu "proses"in üzərində İrəvanda iqtidara sahiblənən keçmiş iqtidar mənsubları - Köçəryan-Sərkisyan və onların ətrafı arasında rəqabət şiddətlənir.

Mia.az xəbər verir ki, baş nzir postuna yenidən iddialı olan Köçəryan və ətrafının Ermənistan cəmiyyətini yendən Qarabağ üzərindən oyuna çəkmək istəyinə isə Paşinyan seçiciləriylə görüşdə olduqca sərt reaksiya verib.

O, Köçaryan-Sərksiyan rejiminin 30 il Qarabağ üzərindən oyun oynayaraq xalqı qırğına verdiyini, özləri və ailələrinin isə sağ-salamat olmasına diqqət çəkib: "Elə Qarabağ dərdi çəkən idinizsə, niyə orada özünüz və yaxınlarınız ölmədi? Ermənistandan bütün Qarabağın yalançı elitasınının tör-töküntülərini silib atacam. Nə üçün siz sağsınız, ay alçaqlar, ay şərəfsizlər?! Siz kimsiniz axı? Gedib siz ölərdiniz də, niyə orda deyildinzi, niyə orada ölmədiniz?...".

Onun çxışını aşağıdakı videodan dinləyə bilərsiniz:

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR