Qayınatanın görünməyən əli, "Azərsun"un məclisi və ya aylıq 58 min manat "çölə atılacaq"?! - "Qarabağ"da arxa planda nələr yaşanır?

Qayınatanın görünməyən əli, \"Azərsun\"un məclisi və ya aylıq 58 min manat \"çölə atılacaq\"?! - \"Qarabağ\"da arxa planda nələr yaşanır?

İDMAN

Bugün, 08:49

“Qarabağ” Futbol Klubu (FK) builki mövsümə yekun adıyla bir məclis qurub “Azərsu”nun məkanında. İlin yekunlarından nə danışıblar, bilinmir, amma yemək-içmək olub.

Mia.az xəbər verir ki, bundan əvvəl baş məşqçi Qurban Qurbanovun tələbiylə əsas heyətdən qovularaq əvəzedicilərə göndərilən Elvin Cəfərquliyevlə Abbas Hüseynov məclisdə görünməyib.

Əlbəttə, qovulduqları yerdə onların nə işi var?!

Həm də Qurbanovun sözünün üstündən heç kimsə cürət edib Elvinin adını çəkməz yəqin ki.

Bu rəvayətdə insanların ən çox Elvinə üzülməsi diqqəti cəlb edir.

Abbas Hüseynov aydın məsələdi, kürəyini sağlam yerə söykəyib: qayınatası əvvəl-axır qardaşı Qurbanı dilə tuta bilər. Şansı var Abbasın. Zatən elə Abbasın illərdi “Qarabağ”dakı avantajının qaynağı bəlliydi bizlərə. 

Bəs Elvin? Onu nə gözləyir? Nə dini baxımdan ampluaya uyğun gəlir, nə də arxası və güclü qohumu var. Cəfərquliyev meydanda can qoyub illərlə. “Qarabağ”ı çox çətin situasiyalarda xilas edib. İndi onun sadəcə, bir restoran qalmaqalına görə o boyda karyerasının üzərindən xətt çəkilməsi rəvayətinə inanmaqçün sadəlövh olmaq lazımdı.

Elvin əyləncədə olub, qalmaqal da edib, düzdü. Amma onun başına gələnlər belə sərt cəzanın səbəbi deyil. Burada başqa məsələ var və “Qarabağ” bunu gec-tez ortaya çıxarmağa məcbur olacaq.

Elə təkcə Elvinin təzəlikcə bağladığı müqaviləni və maaşını düşünək: ayda 58 min manat maaş verir ona “Qarabağ” hazırda. İndi əvəzedicilərdə oturub necə deyərlər, xımır-xımır maaşını yeyir, elə deyilmi? Əvəzedici heyətdə oynayanlar heç bu qədər pul almır, amma Elvin yerində oturub, ayağını tərpətməyib aylıq qazancını toplayır. Buradakı məntiqi bilən var?! Bu maaş ona “Qarabağ”ın əsas heyətində oynamaq üçün verilməyibmi? Bəs Qurbanın ona qarşı qəzəbi 58 min manatdan üstündürmü? 

Unutmayaq, Elvindən daha betər hadisəni M.Yankoviç törətdi təzəlikcə: hamının gözünün önündə “Qarabağ”ı 25 500 manat zərərə saldı. Heç kimin səsi çıxmadı. Elvinin günahı deyəsən Abbası Allaha xoş gəlməyən əməllərə çəkmək olub sadəcə.

Cəfərquliyev susmaqla məncə, səhv edir.

İdman zalındakı məşqlə Allaha şükür etməyin heç yeri deyil bu zəmanədə.

 Zülfiyyə Mustafayeva

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR