Bakıda daha bir nerçə küçədə piyada zonaları və dəhlizləri yaradılır
CƏMİYYƏT
Bugün, 15:26
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda daha bir neçə mərkəzi küçəni piyadalaşdıracaq.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının və dəhlizlərinin yaradılması davam etdirilir.
Bu yaxınlarda paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkını optimal şəkildə birləşdirən İslam Səfərli küçəsi piyadalaşdırılaraq şəhər sakinləri və qonaqların ixtiyarına verilib. Rəğbətlə qarşılanan, müasir şəhərsalma prinsiplərinə tam uyğun olan bu laylihənin İslam Səfərli küçəsinə yaxın ərazilərdə davam etdirilməsi nəzərdə tutulur.
Belə ki, Nəqliyyatı Əlaqələndirmə Şurası Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edib. Yaxın günlərdə istər yerli sakinlər, istərsə də qonaqlar üçün olduqca cəlbedici olan bu məkanlarla bağlı dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq.
Xatırladaq ki, 19–20-ci əsrlərə aid tarixi tikililərin mövcud olduğu bu küçələr hazırda avtomobil sıxlığının mərkəzindədir. Sakinlər və şəhərimizin qonaqları avtomobil sıxlığı səbəbindən bu məkanlarda yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. Adıçəkilən küçələrdə səkilərin dar, piyada axınının isə çox olması səbəbindən ərazini faktiki olaraq avtomobilsiz hərəkət iştirakçıları geniş istifadə edir. Bütün bunları nəzərə alaraq, piyadalar arasında populyar olan bu ərazilərin tamamilə avtomobilsiz edilməsi nəzərdə tutulur.
Layihənin icrası nəticəsində İçərişəhərdən kənarda, Bakının mərkəzində yerləşən piyada küçələrinin ümumi uzunluğu ciddi şəkildə artacaq. Bununla da şəhər mərkəzinin piyada infrastrukturunun daha da inkişafı və genişləndirilməsi təmin ediləcək. Həmçinin Xaqani bağı və Fəvvarələr meydanından Qış parkına və Mərkəzi parka uzanan iki müstəqil piyada marşrutu formalaşacaq.
Piyadalaşdırılacaq küçələrin parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda, operativ və kommunal xidmət avtomobillərinin bu küçələrə daxil olması üçün şərait yaradılacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Bugün, 17:45 İQTİSADİYYAT
-
GÜRCÜSTANA QATAR QİYMƏTİ: SV və kupenin qiyməti gizlədilir - Nazirlik yanında Şura üzvü ağlasığmaz qiymət siyasətindən yazdı
Bugün, 17:26 YAZARLAR
-
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov... - 5 milyonluq qalmaqalı iş
Bugün, 17:19 İQTİSADİYYAT
-
Jurnalistin "Bu, vidadırmı?" sualına Ərdoğan “səncə?” sualı ilə cavab verdi – “Xanımım nə desə, o olur”
Bugün, 17:15 SİYASƏT
-
Ebola Avropada yayıla bilər? – Açıqlama
Bugün, 17:06 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Rayona gedən yeganə yolu uçdu, sakinlər icra başçısını "topa tutdu" - VİDEO
Bugün, 16:50 CƏMİYYƏT
-
WUF13 onlayn qeydiyyat bərpa olunub
Bugün, 16:49 GÜNDƏM
-
Xəzər dənizinin səviyyəsinin düşməsi regionda ekoloji təhlükə yaradır
Bugün, 16:25 CƏMİYYƏT
-
Ceyhun Bayramov Baş katiblə görüşdü - Nələr müzakirə edilib?
Bugün, 16:13 SİYASƏT
-
Şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq - Bu tarixdə
Bugün, 16:01 GÜNDƏM
-
ABŞ kubalıları ayağa qalxmağa çağırdı: “Yeni Kuba yarada bilərsiniz”
Bugün, 15:47 DÜNYA
-
Aİ Ukraynaya yeni yardıma hazırlaşır – 3.2 milyard avroluq
Bugün, 15:46 DÜNYA
-
Baş prokuror vətəndaşları qəbul edib
Bugün, 15:34 CƏMİYYƏT
-
Bakıda daha bir nerçə küçədə piyada zonaları və dəhlizləri yaradılır
Bugün, 15:26 CƏMİYYƏT
-
İTV-nin, yoxsa "Hədəf"in sahibinin qeyri-peşəkarlığı... - Yalçın İslamzadə "sandığı açdı"
Bugün, 15:22 YAZARLAR
-
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub
Bugün, 15:08 GÜNDƏM
-
Gürcüstana qatar yolu açıldı: qiymət və tarix bəlli oldu - Qərar + Açıqlamalar (YENİLƏNİB)
Bugün, 15:02 CƏMİYYƏT
-
Suriya prezidentinin atası bölgə əhalisini təhqir etdi, əşirətlər silahlandı - Əhməd Şara araya girib üzr istədi
Bugün, 14:49 DÜNYA
-
İran XİN başçısı: “Müharibə bizə çox şey öyrətdi, yenidən olarsa, sürprizlər bol olacaq”
Bugün, 14:37 GÜNDƏM
-
Mətləb Salahov: “Cəmiyyət feyk və qərəz dolu informasiya ilə düzgün xəbəri ayırd etmək imkanında olmalıdır”
Bugün, 14:29 PRESS
-
Kamal Kılıçdaroğlu sükutu pozdu: “Təhdidləriniz vız gəlir” - "Atatürkün ruhuna xəyanət etmək olmaz!"
Bugün, 14:21 SİYASƏT
-
Sosial medianın Türkiyə seqmenti niyə Azərbaycana qarşı aktivləşib? - TƏHLİL
Bugün, 14:13 SİYASƏT
-
Prezident İlham Əliyev hərbi xidmətlə bağlı sərəncam imzalayıb
Bugün, 14:10 GÜNDƏM
-
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Bugün, 14:02 GÜNDƏM
-
Dövlət Xidmətinə yeni səlahiyyət verildi - Fərman + DETALLAR
Bugün, 13:38 GÜNDƏM
-
Müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi başlayır
Bugün, 13:09 CƏMİYYƏT
-
Aysu Əsədova 3 oyunluq cəzalandırıldı
Bugün, 13:00 İDMAN
-
Sabiq deputatın həbsdəki yeri dəyişdi - Komitə sədrinin qardaşı ilə davadan sonra
Bugün, 12:55 SİYASƏT
-
MEDİA rəhbəri D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Bugün, 12:44 PRESS
-
Komitə sözçüsü vəzifədən azad edildi
Bugün, 12:24 PRESS
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:19 CƏMİYYƏT
-
Mikayıl Cabbarov: "Qanunsuz tikililər üçün amnistiya..."
Bugün, 12:04 CƏMİYYƏT
-
Dövlət qurumunun həyətindən ekskavator qaçırılıb - Təfərrüat
Bugün, 12:00 KRİMİNAL