Daha 35 nəqliyyat vasitəsi özəlləşdirilib

Daha 35 nəqliyyat vasitəsi özəlləşdirilib

İQTİSADİYYAT

Bugün, 11:57

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 35 nəqliyyat vasitəsi satılıb.

Mia.az xəbər verir ki, rəqabətli keçən hərracda start qiyməti 2 500 manat olan "KAMAZ 43101" markalı yük avtomobili 28 000 manata, 13 500 manat olan "Mercedes Benz 516" markalı mikroavtobus isə 45 000 manata özəlləşdirilib.

Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Növbəti hərrac 26 mayda keçiriləcək. Hərracda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR