Şəmkirdə faciə: iki nəfər uçqun altında qaldı, biri öldü

Şəmkirdə faciə: iki nəfər uçqun altında qaldı, biri öldü

CƏMİYYƏT

Bugün, 11:13

Şəmkirdə bədbəxt hadisə baş verib.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.

Belə ki, vətəndaş ona məxsus evin həyətində quyu tikən zaman divar uçub. Nəticədə 2 nəfər uçmuş mişar daşlarının altında qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib.

Məlum olub ki, hadisə nəticəsində 1 nəfər ölüb, digəri yaralanıb. Ölən şəxsin 44 yaşlı Göygöl sakini İlqar Quliyev olduğu müəyyənləşib. Xəsarət alan isə 53 yaşlı Şəmkir rayon Yeni Yol kənd sakini Ələddin Bayramovdur.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR