3 ÖLKƏ TRAMPI İRANA ZƏRBƏ PLANINDAN ÇƏKİNDİRİB – ABŞ prezidenti bu gün Tehranı bombalamaq niyyətindəymiş

3 ÖLKƏ TRAMPI İRANA ZƏRBƏ PLANINDAN ÇƏKİNDİRİB – ABŞ prezidenti bu gün Tehranı bombalamaq niyyətindəymiş  

GÜNDƏM

19.05.2026, 00:05

ABŞ Prezidenti Donald Tramp İranla bağlı sensasion bəyanat verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İrana bu gün ağır zərbə endirməyi planladığını, lakin son anda 3 ölkə liderinin araya girərək, ondan bu hücumu dayandırmağı xahiş etdiyini açıqlayıb: "Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı məndən İrana hücumu təxirə salmağımı istədilər. Buna görə də İrana qarşı sabah (bu gün –Mia.az) planlaşdırılan hücumu təxirə saldım. Hazırda çox ciddi danışıqlar aparılır. Bu gün İrana planlaşdırılan hücum həyata keçirilməyəcək. Məqbul bir razılaşma əldə edilmədiyi təqdirdə, orduya İrana qarşı dərhal, genişmiqyaslı hücuma hazır olmaq göstərişi verdim”.

Bu arada Reuters xəbər agentliyinə danışan Pakistan XİN-dən adı açıqlanmayan şəxs bildirib ki, İran administrasiyası tərəfindən 14 maddəlik sülh planı ABŞ tərəfinə göndərilib: “İndi danışıqlar prosesi çox həssas bir mərhələyə çatıb. Hər iki tərəfin masadakı şərtləri tez-tez dəyişdirir. Çox vaxtımız qalmayıb”.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR