Pezeşkian: “Heç bir gücə boyun əyməyəcəyik”  

Pezeşkian: “Heç bir gücə boyun əyməyəcəyik”  

GÜNDƏM

18.05.2026, 14:38

“İran heç bir gücə boyun əyməyəcək. Biz şəxsi rahatlığımız və dünyəvi maraqları naminə ölkənin şərəfini qurban verməyəcəyik”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Tehranda hökumət üzvləri ilə birgə keçirdiyi müşavirədə danışıb.

O bildirib ki, düşmənləri İranı raketlər, bombalar və təyyarələrlə ram edə bilməz: “Amma biz bunun üçün ölkəni ağıllı şəkildə idarə etməliyik. Düşmənlərimizə də “danışıqlar aparmayacağıq" deməyəcəyik. Danışıqlar aparmasaq, nə etməliyik? Biz ləyaqətlə danışıqlar aparırıq. Bizim haqqımız var, məntiqimiz var, dəlillərimiz var, ölkəmizin hüquqlarını qətiyyətlə müdafiə edəcəyik”.

Tahir Şəlvəli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR