İsrail Livana hücum edib – Ölən və yaralananlar var  

İsrail Livana hücum edib – Ölən və yaralananlar var  

DÜNYA

Bugün, 08:31

İsrail daha 45 günlük atəşkəs razılaşmasına baxmayaraq, ötən gecə Livana hücumu edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin cənubuna hücumda azı 8 nəfər ölüb, 20-dək yaralanan var.

Livan Səhiyyə Nazirliyindən bildirilib ki, İsrailin Tir əyalətindəki Tayr Falsay şəhərinə hücumunda biri uşaq olmaqla üç nəfər həlak olub, üçü uşaq olmaqla səkkiz nəfər yaralanıb: “Tayr Diba şəhərinə hücumda da bir uşaq həlak olub, 2-si isə yaralanıb”.

Məlumatda deyilir ki, yaralananlar arasında qadınlar da var.

Livanın rəsmi xəbər agentliyi NNA isə yazır ki, İsrail təyyarələri axşamdan bəri Coia, Kafr Sir, Qusayba, Tabnin, Faroun və Suxmur şəhərlərini bombalayıb.

İsrail isə Livanda yalnız Hizbullah silahlılarına hücum etdiyini açıqlayıb.

Tahir Şəlvəli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR