"Keçmiş "Azərsu" ASC-nin rəhbəri haqda maraqlı məlumat yayıldı - Qaynı bu ölkədə böyük biznes qurub

\"Keçmiş \"Azərsu\" ASC-nin rəhbəri haqda maraqlı məlumat yayıldı - Qaynı bu ölkədə böyük biznes qurub

İQTİSADİYYAT

Bugün, 08:07

"Keçmiş "Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynovun qaynı Namiq Cəbrayılov Özbəkistanda biznes qurub. Qorxmaz Hüseynovun vəzifəsindən uzaqlaşdırılmasından 2 il sonra, yəni 2023-cü il avqustun 3-də Namiq Cəbrayılov Daşkənddə 60 faiz pay hüququ ilə "ROSWELL CAPITAL" Məhdud Məsuliyyətli Cəmiyyəti ("ROSWELL CAPITAL" mas`uliyati cheklangan jamiyati xorijiy korxona) təsis edib".

Mia.az xəbər verir ki, bu məlumatı jurnalist Cavanşir Həsənli sosial media hesabında yazıb. O bildirib ki, 4 382 307 700,00 özmək somu nizamnamə kapitalı ilə təsis edilən şirkət Daşkənddə bina tikintisi ilə məşğuldur: "Həmin ilin oktyabrında Qorxmaz Hüseynovun qaynı Azərbaycanda rəhbəri olduğu "HİDRO İNŞAAT SERVİS" MMC şirkətinin təsisçiliyi ilə Daşkənddə daha bir şirkət təsis edib. 22 190 960 500,00 som nizamnamə kapitalı ilə qeydiyatdan keçmiş URDC" xarici şirkət statusu ilə ("URDC" MCHJ xorijiy korxona) yaşayış binalarının tikintisinə başlayıb".
Əhməd
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR