BRICS-in iclası bitdi, bəyannamə qəbul edilədi – Sammitə İran və BƏƏ nazirlərin “atışması” damğa vurdu

BRICS-in iclası bitdi, bəyannamə qəbul edilədi – Sammitə İran və BƏƏ nazirlərin “atışması” damğa vurdu

GÜNDƏM

Bugün, 21:33

Hindistanda BRICS-ə üzv ölkələrin Xarici İşlər Nazirlərinin Sammiti bu gün yekunlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sammitin yekununda ənənəvi bəyannamə qəbulu gözlənilsə də, üzv dövlətlə ABŞ-İran savaşı səbəbindən ortaq mətndə anlaşa bilməyiblər.

Məlumata görə, bu səbəbdən sammit yekun razılaşmlar və bəyannamə qəbulu olmadan başa çatıb.

Xatırladaq ki, Hindistanın 2026-cı il sədrliyi dövründə keçirilən bu ilk böyük nazirlər görüşünun belə fiaskoya uğramasına daha bir hadisə damğa vurub.

Belə ki, təşkilatda ən böyük çatın yaranması sammitdə İran və Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri arasınadakı “sözlü atışma”ilə təsdiqlənib. Belə ki, İranın xarici işlər naziri Abbas Əraqçi BƏƏ-ni ABŞ/İsrail təcavüzündə birbaşa iştirakda ittiham edərək, hədələyib.

İclasda İran XİN başçısının bu təhdidinə isə BƏƏ nümayəndəsi Xəlifə bin Şahin Əl-Mərar sərt cavab verib.

Beləliklə, tərəflər bir-birlərinə qarşı sərt ittihamlar səsləndirməklə, BRİCS-də dərin çatların yarandığına diqqəti çəkiblər.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR