ADY 258 minlik qəhvə, kəklikotu, darçın, mixək, şokolad alacaq

ADY 258 minlik qəhvə, kəklikotu, darçın, mixək, şokolad alacaq

İQTİSADİYYAT

Bugün, 16:50

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qida məhsullarının satın alınması ilə bağlı tender elan edib.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, tender iyun ayının 5-dək davam edəcək. Satınalma predmetinin ehtimal olunan qiyməti 258 313,33 manatdır.
Şərtlər toplusundan aydın olur ki, "Azərbaycan Dəmir Yolları" QSC çay, qəhvə, kəklikotu, darçın, mixək, qızılgül qurusu, şokolad, 50 ədəd saqqız və s. bu kimi məhsullar almağı planlaşdırırır.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmovdur. O, 2022-ci ildən bu vəzifədədir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR