Bakı - Naxçıvan və əksinə uçuşlar niyə ləngiyib? - "Araşdırma gedir"

Bakı - Naxçıvan və əksinə uçuşlar niyə ləngiyib? - \"Araşdırma gedir\"

CƏMİYYƏT

Bugün, 16:11

Bakıdan Naxçıvana və əks istiqamətdə uçuşlarla bağlı problem yaranıb.

Mia.az xəbər verir ki, bu barədə Kontekst.az -a Naxçıvana uçmaq istəyən sərnişinlərdən biri məlumat verib.
"Səhər saat 9-dan Bakıda hava limanında qalmışıq. Naxçıvana uçuş saat 11-də olmalı idi. Təxirə salındı. Dedilər ki, saat 16.00-da olacaq. Sonra yenidən təxirə saldılar. İndi deyirlər, satt 19.00-da olacaq. Hələ o da dəqiq deyil. Ümumiyyətlə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysi ilə bütün üçüşlar təxitrə düşüb. Səhər 10.30, 11.00 və ondan sonrakı reylərin heç biri gəlib-getməyib. Biabırçı vəziyyətdir. Qalmışıq başlı-başına", - deyə həmsöhbətimiz bildirib.
Məsələ ilə bağlı AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski bildirib  ki, araşdırma aparılır: "Məlumat veriləcək".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR